Məşhur türkiyəli müğənni keçirdiyi estetik əməliyyatdan sonra tanınmaz hala düşdü - FOTOLAR

Məşhur türkiyəli müğənni keçirdiyi estetik əməliyyatdan sonra tanınmaz hala düşdü - FOTOLAR
Müğənni Berksan son vaxtlar məşhurlar arasında populyar olan, "Fransız asqısı" adlandırılan estetik əməliyyata müraciət edib. 
 
Sfera.az xəbər verir ki, keçirdiyi əməliyyatdan sonra fanatları Berksanı tanımaqda çətinlik çəkiblər. Onun sosial şəbəkələrdə yayılan fotolarına yüzlərlə şərh gəlib. Berksan "Cazibədar cani" ləqəbi ilə tanınan model Ceremi Mikslə də müqayisə edilib. 

Müğənni isə tənqidlərə belə cavab verib: "Ən çox Səda Sayana oxşadılmağıma güldüm. Bir-birimizin işlərinə qarışmağa son verək. "Qadın bunu edərmi, kişi onu edə bilərmi?" müzakirələri bitməlidir. İmkan verin kim nə istəyir etsin". 

Qeyd edək ki, "Fransız asqısı"nı Türkiyədə müğənni və aparıcı Seda Sayan dəbə salmışdı. O, əməliyyatdan dərhal sonra canlı yayım açaraq vəziyyətini paylaşmış, fanatlarını təəccübləndirmişdi. 

Aysel
Sfera.az

OXŞAR XƏBƏRLƏR