Zeynep Bastık da evləndi - FOTOLAR

Zeynep Bastık da evləndi - FOTOLAR
Türkiyəli müğənni Zeynep Bastık ailə həyatı qurub.

 

Sfera.az bildirir ki, ifaçı uzun müddətdir sevgili olduğu meneceri Tolga Alkışla nikah masasına oturub. Cütlüyün toyu Çeşmədə baş tutub. Zeynepin nikah şahidi Esra Akpınar, Can Büyükkalkan və Eylem Derçin olub, Tolganın şahidləri sırasında isə,Ahmet Tuğrul Ağırbaş, Berk Akardaş, Oğuzhan Koç və Eylül Dölkeleş yer alıb.


 

Toydan öncə ifaçı jurnalistlərə açıqlamasında, ayaqqabısının altına ona yaxın olan subay dostlarının adını yazdığını deyib. Mərasimdə həmçinin Demet Özdemir, Aslı Bəkiroğlu, Eser Yenenler və.s kimi məşhurlar da iştirak ediblər.


 

Qeyd edək ki, cütlük 2019-cu ildə nişanlanıb. Onlar ötən ilin iyununda evlənmək qərarına gəlsələr də, pandemiya səbəbilə toyları təxirə düşmüşdü.


 

Türkan

Sfera.az


OXŞAR XƏBƏRLƏR