Məşhur türk reper Rəmişdən yazdı: Heyranı oldum
Maqazin
00:11 / 07.04.2021
4011
"Ezhel” adı ilə tanınan repçi Ömər Sercan İpəkcioğlu ötən gün vəfat edən xalq artisti Rafiq Hüseynovla (Rəmiş) bağlı paylaşım edib.
Sfera.az xəbər verir ki, sənətçi Rəmişin ifasını İnstaqram hesabının hekayə bölümündə paylaşaraq ölümünə görə kədərləndiyini bildirib:
"Rəmiş atanı ilk dəfə Yutubda tanıdım, daha sonra gitaranın heyranı oldum. Təəssüf ki, onu itirdik. Ruhu şad olsun".
(Publika.az)