Məşhur şirkətdən örnək addım: “Səhliyalı” qadınlara hədiyyə payladı– VİDEO

Məşhur şirkətdən örnək addım:  “Səhliyalı” qadınlara hədiyyə payladı– VİDEO
Bu gün səhər saatlarında "Səhliyalı”müəssisəsinin əməkdaşları paytaxtın müxtəlif ərazilərində təmizlik işlərini həyata keçirən zəhmətkeş qadınlara hədiyyə paylayıb.
 
Qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə süpürgəçi qadınları təbrik edən şirkət əməkdaşları onlara gül, şirkətin ət və süd məhsullarını təqdim ediblər.
 
Şirkətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlkin Mustafayev qeyd edib ki, bu kimi xeyriyyə aksiyaları müəssisə tərəfindən müxtəlif bayramlarda həyata keçirilir:
 
"Şəhərimizin təmizliyi ilə məşğul olan qadınlar bizim gördüyümüzdən çox daha fədakardırlar. Əksəriyyətimiz səhər işə gedərkən, küçələrimizin, yollarımızın artıq həmin qadınlar tərəfindən təmizləndiyini görürük. Səhər erkən saatlarda isti yatağını tərk edib, şəhərimizin abadlığı üçün çalışan qadınları unuda bilməzdik. Buna görə də həmin qadınlara hədiyyələr təqdim etmək bizimçün daha böyük fəxr idi. Ona görə də şirkət rəhbərliyi ilə qərara aldıq ki, hədiyyələrin paylanmasına məhz həmin xanımlardan başlayaq”. Şöbə müdiri onu da qeyd edib ki, hədiyyələr paylanan zaman çəkilişin aparılması cəmiyyət üzvləri arasında yardımlaşma duyğusunun daha da artırılması məqsədi daşıyır. "Şirkətimizin reklamları əksər KİV-lərdə mütəmadi olaraq gedir, burada hədəf reklam yox, digər şəxsləri, şirkətləri də bu tip aksiyalara dəvət etməkdən ibarətdir. Ümid edirik ki, digər şirkət rəhbərləri də əlamətdar günlərdə üzərimizdə hər zaman haqqı olan zəhmətkeş insanları mükafatlandıracaqlar. Biz də çəkdiyimiz bu çarxla hər kəsi buna təşviq edirik”.


OXŞAR XƏBƏRLƏR

"Nurgun Group" Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 000 manat köçürdü

Nurgun Group Azərbaycan Prezidentinin fərmanı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 000 AZN məbləğində vəsaitin köçürülməsi haqda ...

“Karaca” mağazalar şəbəkəsi Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım etdi

"Karaca” mağazalar şəbəkəsi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 5 min manat vəsait köçürüb. Mağazalar şəbəkəsindən Sfera.az-a verilən məlumatda bildir...

Yeni icra başçılarının maaşı açıqlandı

Prezident İlham Əliyevin martın 5-də imzaladığı sərəncamla Mirhəsən Seyidov Neftçala Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.     Ölkə başçı...

Ekspert: "Avtobusların kartla işləməsi sərnişinlər və sürücülər üçün çox əlverişlidir"

Bakı Nəqliyyat Agentliyi tərəfindən sərnişindaşımada nağdsız ödəniş sisteminin əhatə dairəsinin genişləndirilməsi davam etdirilir, mütəmadi olaraq nağd sistemlə...

Ölkəmizdə bu məhsullar bahalaşdı

 Azərbaycanda qızıl və gümüş bahalaşıb.   Sfera.az xəbər verir ki, dekabrın 26-da qızılın qiyməti dekabrın 25-i ilə müqayisədə 6,1115 manat artar...

İş adamlarını uzaqlaşdırıb, rayonları inkişafdan qoyanlar... İşini düzgün qurmayan icra başçıları kimlərdir?

2019-cu ilin ilk 9 ayında Azərbaycanın 37 şəhər və rayonuna kapital qoyuluşu ötən il ilə müqayisədə azalıb. Ən böyük azalma Naftalan rayonunda qeydə alınıb. Bu ...