Məşhur rus həkimdən “antixərçəng” çay– Hazırlanma qaydası

Məşhur rus həkimdən “antixərçəng” çay– Hazırlanma qaydası

Həkim və teleaparıcı Yelena Malışeva onkoloji xəstəliklərə qarşı effektiv hesab etdiyi sadə bir çay reseptini açıqlayıb.

Sfera.az medicina.az-a istinadən bildirir ki, cox zaman alternativ təbabət və türkəçarələ qarşı çıxan Malışeva bu dəfə özünün də içdiyi maraqlı çay reseptini paylaşıb.

"Jit zdorovo" verilişində o çayın hazırlanmasını belə izah edib:

Yaxşı keyfiyyətli yaşıl çay, sarıkök və zəncəfil tərkibli çay düzgün hazırlanmalıdır.
200 qr yaşıl çaya 15 mq sarıkök, 25 mq qara üyüdülmüş istiot, 2 qr zəncəfil götürülür.

Əvvəlcə çay dəmlənilir, 60 dərəcəyə kimi soyudulanda digərləri əlavə olunur. Gün ərzində içilir.
Malışeva bildirib ki, yaşıl çayda olan epiqallokatexin 3 qallat xərçəng yaradan zülalı blok edir, onun çoxalmasının qarşısını alır.

Çaya qatılan digər komponentlər də iltihabi və şiş proseslərini azaldır.


OXŞAR XƏBƏRLƏR