Məşhur reperə BNA-da yüksək vəzifə verildi - FOTO

Məşhur reperə BNA-da yüksək vəzifə verildi - FOTO
Qurd ləqəbi ilə tanınan məşhur reper Fərid Eminova Bakı Nəqliyyat Agentliyində vəzifə verilib.

Sfera.az index.az-a istinadən xəbər verir ki, F. Eminova Agentlikdə Sağlamlıq,Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM) üzrə şöbənin rəhbəri təyin edilib.

BNA-dan bu məlumatı təsdiqləyiblər.

Qeyd edək ki, öz fəaliyyətinə 2000-ci ildə "Dəyirman" qrupunda başlayıb. İlk albomu (kaset) 2001-ci ildə "Allahım" olub. 2005-ci ildə "Klan-A-Plan" qrupu yaradılıb və bu qrupun üzvü olub. "Klan-A-Plan" qrupu öz fəliyyətini 2012-ci ildə dayandırıb.
2007-2010 -cu illərdə öz rep fəaliyyətini tamamilə dayandırıb. 2010-cu ildə "Klan-A-Plan" qrupunun üzvü Rüfət Ryder rəhmətə gedəndən sonra 2010-2012 -ci illərdə öz fəaliyyətini yenidən bu qrupda davam etdirib. 2012-ci ildə qrup dağılandan sonra solo karyerasında öz məşhurluğunu qazanıb. Məşhur mahnıları "Rəqs edir hər kəs”, "Tapın Onu” , "Tək-tək” , ”Apar məni”, ”Kayfla yaşa ” , ”Tar ” , ”İlk öpüsh ” , ”Babat-babat ” , "Bana-Bana" , "Dincəleyşin" və.s .Qurd ölkənin müxtəlif bölgələrində böyük dinləyici kütləsi üçün solo konsertlər verib. Ən böyük konserti Naxçıvanda, ikinci ən böyük konserti Şəki şəhərində baş tutub – 6000 (altı min) dinləyici iştrak edib. Şəxsi Youtube kanalında 50 000 000-dan çox izlənməsi var.

OXŞAR XƏBƏRLƏR

Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya EDİLDİ

Azərbaycan vətəndaşı Nəzərov Mais Fəxrəddin oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Qazaxıstanın Baş Prokurorluğu tərəfindən təmin edilib. ...

Şimali Koreya yeni zenit raketini sınaqdan keçirdi 

Şimali Koreya yeni zenit raketi və qanadlı raket döyüş başlığını sınaqdan keçirib.   Sfera.az bu barədə Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istin...

FHN Lənkəranda qanunsuz tikililəri SÖKDÜ - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Lənkəranda qanunsuz tikililəri söküb.   Bu barədə Sfera.az-a Fö...

Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?

Azərbaycanın ən böyük xarici kapitallı bankı olan “Accessbank”da  həm əhalinin, həm də hüquqi şəxslərin depozitlərinin həcmində azalma müşahidə...

Türkiyədə tarixi bina YANIR - FOTO

Türkiyənin Kırklareli şəhərində tarixi binada yanğın başlayıb.   Sfera.az "TRT Haber”ə istinadən xəbər verir ki, şəhərin Karakaş məhəlləsi...

Paşinyan: "İlk dəfə məsələ danışıqlar masası arxasında həll edildi"

İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər.   Sfera.az xəbər verir ki, bunu Ermənistan baş nazir...