Məşhur müğənninin fanatları məhkəmənin qarşısına toplandı: Göz yaşlarına hakim ola bilmədilər - FOTOLAR
13:52 / 30.09.2021
902
Amerikalı məşhur müğənni Britni Spirsin atası ilə bağlı davada önəmli qərar verilib.
Sfera.az bildirir ki, ifaçının atası Ceymi Spirsə verilən qəyyumluq səlahiyyəti onun əlindən alınıb. Spirsin sevənləri məhkəmənin qarşısına toplanıb. Verilən qərarı məmnuniyyətlə qarşılayan heyranlar göz yaşlarına hakim ola bilməyiblər.
Xatırladaq ki, 2008-ci ildə müğənninin psixi sağlamlığı ilə bağlı problemlər yarandıqdan sonra məhkəmə Britni Spirsin atası Ceymi Spirsə qızının sərvətini və həyatının digər sahələrini idarə etmək səlahiyyəti vermişdi. Lakin sonradan müğənni atasının onun sərvətini istismar etdiyini və qəyyumluğun düzgün həyata keçirilmədiyini bildirmişdi.
Türkan
Sfera.az