Məşhur müğənni həyat yoldaşını yenə bağışladı: "Hər şeyə görə ailəmi dağıda bilmərəm” - FOTO
15:49 / 09.06.2021
1861
Türkiyəli müğənni Kibariyə ayrılıq iddiaları ilə gündəmə gəlib.
Sfera.az bildirir ki, iddialara görə, ifaçının özündən yaşca kiçik olan həyat yoldaşı Əli Küçükbalçı ona xəyanət edib.
Belə ki, ötən günlərdə Əlinin tətil etdiyi oteldə bir qadınla əl-ələ tutaraq gəzdiyi görünütüləri ortaya çıxıb. Müğənni bu barədə yerli mətbuata açıqlama verib və həyat yoldaşını həmin qadınla görmədiyini deyib.
"Gözümlə görməmişəm, bəlkə iş yoldaşıdır. Bütün kişilər arvadını aldadır. Təbii ki, görüntülər haqqında Əliyə suallar verəcəm, sadəcə mənə orginal faktlar lazımdır. Bu ailəni 24 ildir ayaqda saxlayıram. Hər şeyə görə ailəmi dağıda bilmərəm”, - deyə Kibariyə qeyd edib.
Xatırladaq ki, Əli Küçükbalçı bundan əvvəl də bir neçə dəfə xəyanət iddiaları ilə müzakirə obyekti olmuşdu.
Türkan