Məşhur müğənni seksual qısnamaya məruz qalmasından danışdı: \"Cibindən bıçaq çıxarıb...\"

Məşhur müğənni seksual qısnamaya məruz qalmasından danışdı:  \
Türkiyəli müğənni Aydilge seksual qısnamaya məruz qalmasından danışıb.

Sfera.az xəbər verir ki, müğənni başına gələnlərdən ilk dəfə söz açıb. Belə ki, onun sözlərinə görə, hadisə 16 yaşında baş verib:
 
"Ailəmlə bağ evinə getmişdik. Həmin zamanlarda məndən xoşu gəldiyini deyən oğlanla söhbət etməyə başladım. 18 yaşı var idi, ağıllı görünürdü. Lakin bir gecə dəniz qırağında oturan zaman öpüşmək istədi, ətrafda heç kim yox idi. Mən istəmədim, buna baxmayaraq, o, məcbur etdi. Cibindən bıçaq çıxarıb məni təhdid etməyə, qolumdan bərk tutub saçımdan çəkməyə başladı. Uzaqdan gələn iki adamı görəndə qorxusundan qolumu buraxdı. Və qaçdım”.

"Yaşadığım şey təcavüzə məruz qalanların yanında çox yüngüldür. Bəlkə də şanslıyam, amma olmaya da bilərdim. İllərdir, sevgili olmaqdan qaçdım. Hətta ilk dəfə öpüşəndə qusacaq kimi oldum”, - deyə bildirən türkiyəli sənətçi bu hadisədən ailəsinin xəbəri olmadığını vurğulayıb.

Günay
Sfera.az

OXŞAR XƏBƏRLƏR