Məşhur müğənni qadınlara və uşaqlara təcavüzdə ittiham olunur - Ömürlük həbsə məhkum edilə bilər

Məşhur müğənni qadınlara və uşaqlara təcavüzdə ittiham olunur - Ömürlük həbsə məhkum edilə bilər
Amerikalı müğənni R Kelli vəzifəsindən istifadə edərək 20 il müddətində qadınlara və uşaqlara təcavüz də daxil olmaqla, bir sıra cinayətlərə görə ittiham edilib.
 
Sfera.az bildirir ki, gələn ilin may ayında müəyyən olunacaq qərara görə, müğənni ömür boyu həbsə məhkum edilə bilər. 

9-u qadın, 2-si kişi olmaqla, ümumilikdə 11 şikayətçi Nyu-Yorkda 6 həftə davam edən məhkəmə proseslərində Kelli tərəfindən məruz qaldıqları cinsi istismar və fiziki şiddətdən danışıblar. İki günlük qapalı müzakirələrdə isə münsiflər ifaçıya yönələn bütün ittihamları qəbul edib. 

Məhkəmədə bir qadının yazılı ifadəsinə görə, Kelli onu qaçıraraq bir yerdə bağlı saxlayıb, ardınca  narkotik verib və təcavüz edib. Qurbanlardan bəzilərini təmsil edən vəkil Qloriya Alred jurnalistlərə açıqlamasında "47 ildir vəkillik edirəm. Bu müddət ərzində qadınlara və uşaqlara qarşı cinayət törədən çox adamla qarşılaşdım. Amma bütün bunların içərisində ən pisi Kelli idi”, deyib.

Xatırladaq ki, Kelli 13 il əvvəl də başqa bir davada cinsi tərkibli uşaq videolarına görə ittiham edilmiş, lakin bəraət almışdı. Həmin hadisənin qurbanları bəzən konsertə gələn izləyicilərdən seçilirdi və ya musiqi karyerasına kömək etmək vədi ilə aldadılaraq istismara məruz qalırdı. Təcavüzlə bərabər, tam adı Robert Silverster Kelli olan ifaçı mütəşəkkil cinayətkar qruplara qarşı şantajla da ittiham olunub.

Türkan
Sfera.az


OXŞAR XƏBƏRLƏR