Məşhur müğənni mükafatlarını yerləşdirmək üçün ayrıca ev aldı

Məşhur müğənni mükafatlarını yerləşdirmək üçün ayrıca ev aldı
Məşhur türkiyəli müğənni Ebru Yaşar mükafatlarını yerləşdirmək üçün ayrı ev alıb.
 
Sfera.az bildirir ki, bu barədə ifaçı jurnalistlərə açıqlamasında deyib. O, mükafatlarla yanaşı, geyimlərinin də çox olduğunu vurğulayıb.

"Səhnə geyimlərimin və mükafatlarımın xüsusi vitrinlərdə olduğu bir ev hazırlayıram. Həm xatirələrimi saxlamaq istəyirəm, həm də düşünürəm ki, verilən mükafatlar sandıqda qalmamalıdır. Ona görə də yeni ev aldım. Ora "Xatirə evi” deyək”, deyə Yaşar əlavə edib.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR