Məşhur geyim firması iflasa uğradı - Avropadan ayrılır

Məşhur geyim firması iflasa uğradı - Avropadan ayrılır
ABŞ-ın tanınmış tekstil markası "GAP” Avropadakı mağazalarını bağlayacaq.

Sfera.az xəbər verir ki, şirkət 2021-ci ilin iyuluna qədər Avropadakı 120 mağazasını bağlayaraq qitədən ayrılacaq.

Ötən il qarşılaşdığı maliyyə çətinliklərini aradan qaldırmaq və markanı canlandırmaq üçün Avropada 230 satış nöqtəsini bağlayan şirkət ildə 90 milyon dollar qənaət etməyi planlaşdırdığını açıqlamışdı.

Koronavirus epidemiyasının gətirdiyi məhdudiyyətlərlə satış rəqəmləri azalan şirkət bu ilin ikinci rübündə 62 milyon avro ziyana düşdüyünü bildirib.

OXŞAR XƏBƏRLƏR