Məşhur futbolçu xəstəxanaya yerləşdirildi
00:30 / 10.04.2021
5596
İtaliya millisinin və "Roma"nın sabiq futbolçusu Daniele De Rossi xəstəxanaya yerləşdirilib.
Sfera.az xəbər verir ki, buna koronavirusa yoluxan məşhur futbolçunun vəziyyətinin ağırlaşması səbəb olub.
Qeyd edək ki, "Roma"da futbolçu karyerasını başa vuran sabiq yarımmüdafiəçi, ötən ay İtaliya millisində məşqçilər heyətinə daxil edilib.