İdman

Məşhur futbolçu koronavirusa yoluxdu

Məşhur futbolçu koronavirusa yoluxdu
 Danimarka yığmasının sabiq futbolçusu Tomas Kalenberq koronavirusa yoluxub.

Sfera.az xəbər verir ki, bu yaxınlarda Amsterdamdan qayıdan 36 yaşlı Kalenberq Danimarka çempionatında çıxış edən "Bröndbü” və "Lünqpü” komandalarının görüşməsini canlı izləyib.

 

Bundan sonra 2010-cu ildə keçirilən futbol üzrə dünya çempionatının iştirakçısında koronavirus aşkar edilib.

Kopenhageni təmsil edən "Bröndbü”dən verilən məlumata əsasən, Kalenberqlə təmasda olan klubun 13 əməkdaşı, o cümlədən, müdafiəçi Yoel Kaponqko, köməkçi məşqçi Martin Retov və baş direktor Ole Palma ev karantininə göndərilib.

Həmçinin, Kalenberqlə görüşən üç "Lünqpü” futbolçusu – Martin Örnsqov, Kasper Yorqensen və Patrik da Silva əsas heyətdən təcrid edilib.

(oxu.az)

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930