Məşhur futbolçu gənc yaşında dünyasını dəyişdi - Foto

Məşhur futbolçu gənc yaşında dünyasını dəyişdi - Foto
 "Volfsburq”un (Almaniya) sabiq futbolçusu Sergey Kərimov vəfat edib.
 

Sfera.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Sabiq müdafiəçi 33 yaşında vəfat edib. Onun ölüm səbəbi ilə bağlı məlumat verilməyib.

"Volfsburq”un yetirməsi olan qazaxıstanlı futbolçu 2007-2011-ci ildə bu komandanın şərəfini qoruyub. 

O, 2008/2009-cu illər mövsümündə "Volfsburq”la Almaniya Bundesliqasının çempionu olub.  Son olaraq Almaniyada "Lyopo-Martini” klubunda forma geyinən Kərimov, 2014-cü ildə karyerasını bitirmişdi. (yeni sabah)


OXŞAR XƏBƏRLƏR