Məşhur ekstrasens \"od püskürdü: \"Şarlatan və dələduzsunuz\"

Məşhur ekstrasens \
"Müxtəlif zamanlarda "Rossiya1" telekanalı Cunanı çəkərək (dünyaca məşhur olan rusiyalı ekstrasens, daha çox Cuna adı ilə məşhur olan Yevgeniya Davitaşvili - red.) xalqa göstərib. Sonradan onlar təkcə Cunanın deyil, özlərinin də kim olduğunu açıb göstərdilər. O, özü də "Rossiya 1" telekanalında işləyirdi". 

Bu barədə tanınmış azərbaycanlı ekstrasens, Moskvada yaşayan Zirəddin Rzayev öz "Instagram" səhifəsində yazıb. "Cunadan Vanqa haqqında soruşduqda, o demişdi ki, həqiqətən də Vanqa reallıqda mövcuddur və ona vergi verilib" - deyə Rzayev bildirib.

"Hətta Ukraynada Cuna haqqında bədii film də çəkilib. Təəssüflər olsun ki, indi onu, adı "it dəftərində" olmayan insanlar tənqid edir. İndi hamı ekstrasensləri günahlandırır, uşaqlar" - o vurğulayıb.

Daha sonra ekstrasens bunları əlavə edib: "Siz təkcə onların deyil, özünüzün, Rusiya televiziyasının iç üzünü açdınız. Belə çıxır ki, şarlatan və dələduz siz özünüzsünüz. Siz və sizin televiziyanız illərlə xalqı aldadıb. Mənim sizə yazığım gəlir".


Qeyd edək ki, bir müddət əvvəl "Rossiya 1" telekanalından qovulan Zirəddin Rzayev yeri gəldi-gəlmədi bu kanalı ittiham etməklə məşğuldur. O, ötən il Cunanın mirasının lənətləndiyini iddia edərək, ekstrasensin qohumlarını o miras uğrunda mübarizədən əl çəkməyə çağırmışdı. 

Xatırladaq ki, ekstrasens Yevgeniya Davitaşvili - Cuna həmçinin astroloq, yazıçı, rəssam və "Beynəlxalq Alternativ Elmlər Akademiyası" İctimai Təşkilatının prezidenti olub. O, 2015-ci ilin iyununda 65 yaşında vəfat edib.

Zirəddin Rzayev azərbaycanlı ekstrasens, "Bitva ekstrasensov" (Ekstrasenslərin döyüşü) şousunun 6-cı mövsümünün finalçısıdır. İxtisasca həkimdir. Hazırda Moskvada yaşayır və işləyir. Rusiya telekanallarındakı müxtəlif verilişlərdə iştirak edir.sputnik.az


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...