Məşhur cütlük ayrıldı

Məşhur cütlük ayrıldı
Hollivud ulduzu Sandra Bullok sevgilisi, fotoqraf Brayn Rendalldan ayrılıb.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, şayiələrin yaranmasına səbəb, cütlüyün ayrı yaşamağa başlaması olub.

Tərəflər mövzu ilə bağlı açıqlama verməyib. Onların aktrisanın gərgin iş qrafiki səbəbindən bu addımı atdığı bildirilib. Sandranın son vaxtlar evə gec gəldiyi və yorğun olduğu üçün Brayna vaxt ayırmadığı iddia edilir.

Xatırladaq ki, bir müddət əvvəl cütlüyün ailə həyatı qurduğu açıqlansa da, tərəflər məlumatı təsdiqləməmişdi.

Qeyd edək ki, Sandra 2005-ci ildə Cessi Ceymslə ailə qurub. Cütlük 5 ildən sonra boşanıb. Aktrisa Brayanla 2015-ci ildən münasibətdədir.

Sandranın övladlığa götürdüyü Luis və Laym adlı iki oğlu var.

OXŞAR XƏBƏRLƏR