Məşhur aktyor həbs olundu

Məşhur aktyor həbs olundu
Lefkoşa Ercan Hava Limanında "Güllüş Show”un Əzizəsi, komediya aktyoru Fehmi Dalsaldı həbs olunub.
"Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə müğənni Onur Akay tvitter səhifəsində məlumat yayıb.
Xüsusi təlim görmüş itlərin xəbərdarlığından sonra Fehminin cibindın 2 qram narkotik maddə tapılıb.
Həbs olunan və məhkəməyə çıxarılan Fehmi peşman olduğunu və utandığını söyləyib.
Fehmi Dalsaldının daha 2 gün həbsdə qalacağı bildirilib.

OXŞAR XƏBƏRLƏR