Məşhur aktrisa transseksual olduğunu açıqladı - FOTO

Məşhur aktrisa transseksual olduğunu açıqladı - FOTO
Məşhur aktrisa Ellen Peyc transseksual olduğunu etiraf edib.

 

Sfera.az xəbər verir ki, 33 yaşlı kanadalı aktrisa bununla bağlı sosial media hesabında açıqlama verib.


 

O, trans olduğunu və adını da dəyişdirdiyini bildirib. Aktrisa bundan sonra Elliot adlandırılmasını istəyib.


 

"Həyatımda bura gəldiyim üçün özümü şanslı hiss edirəm. Bu yolda məni dəstəkləyən möhtəşəm insanlara minnətdaram. Bir çox transseksualdan təsirləndim. Cəsarətiniz, cömərdliyiniz və bu dünyanı yaxşı bir yerə çevirmək üçün dayanmadan çalışdığınız üçün təşəkkür edirəm. Sevgidolu bir cəmiyyət üçün hər cür dəstəyi göstərəcəyəm”, - deyə aktrisa bildirib.

 

 

Qeyd edək ki, rol aldığı "Cuno” filmi ilə 2007-ci ildə "Oskar”a namizəd göstərilən və sonuncu dəfə "Umbrella Academy” serialı ilə tamaşaçıların qarşısına çıxan Ellen 2014-ci ildə homoseksual olduğunu açıqlamışdı.


 

Jalə Mehdi
Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR