Məşhur aktrisa itkin düşüb - Axırıncı dəfə 8 gün əvvəl...

Məşhur aktrisa itkin düşüb - Axırıncı dəfə 8 gün əvvəl...
"Doktor Who” serialının aktrisası Tanya Fir itkin düşüb.
 
Sfera.az bildirir ki, bu barədə ailəsi və yaxınları polisə məlumat veriblər. Aktrisanın meneceri Aleks Kol xəbəri mətbuata təsdiqləyib. O, Tanya ilə axırıncı dəfə 8 gün əvvəl işlə bağlı danışdığını deyib. "Son bir neçə aydır, "stand up” çıxışları üçün hazırlaşırdı. İşləri yaxşı gedirdi. Tanyanın itməsi məni də şoka saldı”, -deyə menecer əlavə edib.

Aktrisanın dostları isə sosial şəbəkələrdə #FindTanyaFear adlı həştəq açaraq onun axtarışına başlayıblar. Məlumata görə, Tanya ilə son əlaqə 9 sentyabr tarixində olub.

Xatırladaq ki, Tanya Fir "Doctor Who” adlı serialda "Dr: Jade McIntyre” obrazı ilə məşhurlaşıb. Bundan başqa o, "A Moving Image” və  "Kick Ass 2 de Fear” kimi seriallarda da rol alıb.

Türkan
Sfera.az


OXŞAR XƏBƏRLƏR