Meşələri polis qorusun, yoxsa özəl təşkilatlar? – ETSN-nin təklifinə REAKSİYALAR

Meşələri polis qorusun, yoxsa özəl təşkilatlar? – ETSN-nin təklifinə REAKSİYALAR
"Qanun icra olunmayacaqsa, heç nə dəyişməyəcək”.
 
Bu sözləri Sfera.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyevin  meşələrin mühafizəsinin hüquq-mühafizə orqanları və özəl mühafizə təşkilatlarına verilməsi barədə təklifini dəyərləndirərkən, vəkil Aslan İsmayılovdeyib:
 
"Qanun icra olunmayacaqsa, meşələrin mühafizəsinin hüquq-mühafizə orqanları, istər nazirliyin özünə, istərsə də özəl təşkilatlara verilməsinin heç bir əhəmiyyəti olmayacaq.  Bunlar hamısı boş söhbətlərdir. Bir əmr verməklə məsələ öz həllini tapan deyil. Əsas odur ki, qanun icra olunmalı, idarəetmə sistemi, insanların təbiətimizə münasibəti dəyişməlidir”.
 
"Bu layihə problemdən çıxış yolu deyil və korrupsiyaya xidmət edir”.
 
Bunu isə sayta açıqlamasında ekoloq Telman Zeynalov deyib: "Meşələrin qırılması, məhv edilməsinə qarşı mübarizə aparmaq çətindir.  Bu dağıdıcı proses əslində yerli icra hakimiyyətləri, yerli polis bölmələrinin əli ilə yuxarıdan idarə olunur. Ona görə də ETSN onlarla mübarizədə acizdir. Bu mənada məşələrin mühafizəsinin hüquq - mühafizə orqanlarına həvalə edilməsi həmin sahədə mövcud olan özbaşınalığa son qoymayacaq”. 
 
Rüfət Sultan
 

OXŞAR XƏBƏRLƏR