Meşə yanğınları BAHALAŞMAya səbəb olacaq

Meşə yanğınları BAHALAŞMAya səbəb olacaq
Daha çox yay mövsümündə müşahidə edilən meşə yanğınları bitki və heyvanlar aləminə zərər vurmaqla bərabər, kənd təsərrüfatının inkişafına da müəyyən çətinliklər yaradır. Elmi təhqiqatlar göstərir ki, yanğın sadəcə meşə ərazisinə ziyan vurmur, o həm də ətraf ərazilərin ekoloji mühitinə, torpaqların keyfiyyətinə, kənd təsərrüfatında iqtisadi səmərəliliyə mənfi təsir göstərir. Bu səbəbdən yanğınların qarşısının daha tez alınması, geniş əraziyə yayılmaması öməmli məsələlərdəndir. 

Sfera.az bildirir ki, ölkəmizdə əvvəlki illərdən fərqli olaraq son illərdə meşə yanğınları daha böyük ərazini əhatə edir. 2001-2016-cı illərdə hər il yanğının əhatə etdiyi sahə 100 hektarı ötmürdüsə, 2017-ci ildə 372 hektarı, 2019-cu ildə 513 hektarı ötüb. Azərbaycanda meşə yanğınları əsasən dağlıq və dağətəyi zonalarda baş verir ki, belə ərazilərdə də qısa müddətdə yanğının qarşısını almaq çətin olur. 

Qeyd etdiyimiz kimi, meşə yanğınlarının ekoloji təsiri ilə yanaşı güclü iqtisadi zərəri də var. Meşələr torpağın yuyulmasının və eroziyanın qarşısını alır, əkin sahələrini qoruyur, çayların mənbəyini su ilə təmin edir, iqlimi tənzimləyir, havanı təmizləyir. Ərazinin 30 faizi meşə ilə örtülü olan ölkədə heç vaxt quraqlıq hiss edilmir, tarlalardan daim sabit və yüksək məhsul götürülür.

Torpağın üst münbit qatının yuyulub getməsinin qarşısının alınmasında, sel daşqınlarının minimuma endirilməsində, tarlaların küləkdən və quraqlıqdan qorunmasında meşələrin müstəsna əhəmiyyəti var. Bu səbəbdən meşələr yandıqda kənd təsərrüfatı zərər görür. Heyvanlar meşəni tərk edirlər, kəndlərə üz tuturlar, buralarda məskunlaşmaq üçün yer tapırlar. Bu heyvanlar əkin sahələrinə, təsərrüfatda saxlanılan heyvanlara zərər vurur. Buna görə də meşələrin yanması dolayısı ilə kənd təsərrüfatına ziyan vurur.  

Meşə yanğınları küləyin qabağını kəsir, yanğıntılar minimuma enir, ərzaq məhsullarının istehsalı azalır. Müşahidələr göstərir ki, meşə yanğınları güclü olduğu dövrdə daxili bazarlarda kənd təsərrüfatı məhsullarının qiymətində artım baş verir.

Qeyd edək ki, Azərbaycanda meşə sahəsi azdır. Ölkə ərazisinin təxminən 11 faizi meşə ilə örtülüb və adambaşına 0,2 hektar meşə sahəsi düşür. Bu göstəriciyə görə Azərbaycan MDB ölkələri arasında, eyni zamanda əksər ölkələrlə müqayisədə ən pis vəziyyətdədir. 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR