Mərkəzi Gömrük Hospitalı Cavid Paşayevin səhhəti ilə bağlı məlumat yaydı

Mərkəzi Gömrük Hospitalı Cavid Paşayevin səhhəti ilə bağlı məlumat yaydı
 
Mərkəzi Gömrük Hospitalı orada müalicə alan Cavid Paşayevin səhhəti ilə bağlı məlumat yayıb. 

Son günlər Cavid Paşayevin səhhəti ilə bağlı sosial şəbəkələrdə müxtəlif suallar verilir və cürbəcür şayiələr yayılır. Mərkəzi Gömrük Hospitalının mətbuat xidməti rəsmi olaraq bildirir ki, koronavirusa yoluxmuş ATU-nun Tədris Cərrahiyyə Klinikasının anesteziologiya və reanimasiya şöbəsinin müdiri Cavid Paşayevin müalicəsi 8 iyul tarixindən Mərkəzi Gömrük Hospitalının reanimasiyası şöbəsində davam etdirilir. 

Cavid Paşayevin vəziyyətində son günlər mənfi dinamika qeyd olunduğundan o, ATU-nun rektoru Gəray Gəraybəyli ilə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov arasında aparılan danışıqlar əsasında ATU-nun Tədris Cərrahiyyə Klinikasından Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə transfer edilmişdir. 

Hal-hazırda Cavid Paşayevin ümumi vəziyyəti stabil ağır olaraq qalır. Tənəffüsü CPAP rejimində süni ventilyasiya aparatı vasitəsi ilə təmin olunur. Saturasiya - 90%. Ağ ciyərlərin 50-70% iki tərəfli viruslu pnevmoniya nəticəsində zədələnməsini nəzərə alaraq intubasiya olunması ehtimalı var. Bu gündən etibarən Favipiravir preparatı ilə spesifik antiviral müalicə kursuna başlanılıb. (azxeber)

OXŞAR XƏBƏRLƏR

Rayonlara getmək istəyənlərin NƏZƏRİNƏ!

 Rayonlara gediş-gəliş yalnız ezamiyyə vərəqi ilə bağlı ola bilər.   Sfera.az  xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ ...

Azərbaycanda toyların təşkili bu tarixdən sonra mümkün olacaq – AÇIQLAMA

  31 avqust tarixinədək Azərbaycanda toy məclislərinin təşkilinə qoyulan qadağa davam edəcək.  Bu barədə Nazirlər Kabineti yanında Operati...

Türkiyənin F-16 qırıcıları Naxçıvandan Yerevana hava zərbəsini məşq etdi?

Naxçıvanda keçirilən birgə təlimlər zamanı Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 qırıcıları Yerevana hava zərbəsi məsafəsinə qədər yaxınlaşıb. Bu barədə av...

Müdafiə Nazirliyindən Polad Həşimovun öldüyü yerlə bağlı RƏSMİ AÇIQLAMA

 General-mayor Polad Həşimovun həlak olması ilə bağlı sosial mediada və bəzi saytlarda həqiqətə uyğun olmayan məlumatın və videomaterialın yayılması böyük ...

Sosial siyasətdə də, düşmənə münasibətdə də siyasi iradə

 Koronavirus pandemiyası dünya əhalisinin həyat və sağlamlığını hədəfə aldığı kimi, istisnasız olaraq bütün ölkələrin iqtisadi durumunu ən ağır sınaqlarla ...

Həbs edilən icra başçıları cərimə olunacaq - Milyonlar...

 "Həbs edilən və işdən çıxarılan icra hakimiyyəti başçılarından 30 milyon manat alınacaq". Sfera.az qaynarinfo-ya istinadla xəbər verir ki, bunu iqti...