Mərkəzi Bankın manat uğrunda dollar qadağası – “Amma bunu boynuna almır”

Mərkəzi Bankın manat uğrunda dollar qadağası – “Amma bunu boynuna almır”
"Banklar qeyri-rəsmi söhbətlərdə dollar satışında limit məsələsinin Mərkəzi Bankın göstərişi olduğunu bildirsələr də, Mərkəzi Bank bu fikirləri təsdiqləmir və bankların özfəaliyyəti olduğunu iddia edir”.

Sfera.az bildirir ki, bunu iqtisadçı Samir Əliyev son zamanlar dollarla bağlı artan narazılıqlardan danışarkən deyib. Ekspert vəziyyəti internetlə bağlı yaşanan problemlə müqayisə edib:

"Problem olduqda onu ATS-lərlə provayderlər bir-birinin üstünə atırlar. Zərbə isə istehlakçıya dəyir. Reallıq odur ki, dollar alışına limit var və bəzi istisnalarla 20 min manatdan çox dollar almaq mümkünsüzdür. Limit göstərişinin Mərkəzi Bankdan gəlməsi şübhə doğurmur. Əks halda, problem qısa müddətdə aradan qaldırılardı. Əgər bu addım bankların öz təşəbbüsüdürsə, bu halda "bazar sövdələşməsi" baş verir və banklara qarşı cəza tədbirəri görülməlidir. Əgər heç bir tədbir görülmürsə və proses olduğu kimi davam edirsə, deməli, göstəriş bir mərkəzdən gəlib”.

İqtisadçının sözlərinə görə, Mərkəzi Bankın belə göstəriş verməsindən boyun qaçırması anlaşılmazdır:
 
"Hamıya məlumdur ki, manatın məzənnəsi inzibati qaydada tənzimlənir və məzənnənin qorunması indiki dövrdə sosial baxımdan əhalini qoruyur. Yəni, mövcud məzənnə qısamüddətli olsa da, hamıya sərf edir. Məzənnəni qorumaq üçün hökumət MB-nin timsalında məhdudlaşdırıcı tədbirlər görür. 20 min manatlıq limit də həmin məhdudlaşdırıcı tədbirlədən biridir.
 
Qarşıda 2 yolumuz var: ya məzənnəni buraxmalıyıq və bunu zərərini qəbul etməliyik. Zərbə isə həm biznesə, həm əhaliyə, həm də ümumilikdə ölkə iqtisadiyyatına dəyəcək. Ya da məzənnəni qoruyuruq və bunun üçün məhdudiyyətləri anlaşıqlı qarşılamalıyıq. İndiki halda ikinci yolu seçmişik və fikrimcə, bu, indiki dövr üçün optimal yoldur. Məhz buna görə də MB açıqca bəyan edərək banklara belə göstəriş verdiyini bildirməlidir. Məsuliyyətin bankların üstünə atılması düzgün addım deyil”.
 
Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR

PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda SAXLANILDI

PKK/KCK terror təşkilatının rəhbər şəxslərindən biri olan Mürsel Durmaz İstanbulda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin &...

Qaribaşvili: "Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər"

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər.   Sfe...

Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım: "Bu xəbər yalan..." - FOTO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün 70 yaşında dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, nəvəsi Rəfiqə onunla bağlı pa...

Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir

Hüququ şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının ...

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.   Bu barədə Sf...

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...