No Image
No Image

Mərkəzi Bankdan kreditlərlə bağlı ŞAD XƏBƏR

Mərkəzi Bankdan kreditlərlə bağlı ŞAD XƏBƏR
Pandemiya ilə bağlı ölkə iqtisadiyyatının üzləşdiyi çətinliklərə baxmayaraq, bank sektorunun kredit portfeli əsasən sabit qalıb.

Sfera.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Bankdan məlumat verilib.

Bildirilib ki, cari ilin əvvəlindən kredit portfeli artır və bundan əlavə, kreditlərə əlçatanlıq səviyyəsinin artırılması istiqamətində tədbirlər davam etdirilir:

"Belə ki, daşınar əmlakın dövlət yüklülüyü reyestrinin formalaşdırılması borcalanların yeni növ girovlar təqdim etməklə kreditə çıxış imkanlarını artırıb. Həmçinin, beynəlxalq təşkilatlarla birgə həyata keçirən "Agent bankçılıq” modelinin tətbiqi layihəsi üzrə işlər görülməkdədir. Bu layihə çərçivəsində xüsusilə də regionlarda, bank şəbəkəsinin məhdud olduğu ərazilərdə maliyyə resurslarına çıxış imkanların formalaşdırılması nəzərdə tutulub”.

Hazırda ölkədə borcalan şəxslərə kreditlərin verilməsinə mane olan əsas amillər barədə də məlumat verilib:

"Banklar tərəfindən kreditlərin verilməsi zamanı kredit üçün müraciət edən potensial borcalanların qiymətləndirilməsi aparılır və bu zaman onların kreditləri geri qaytarma qabiliyyəti qiymətləndirilir. Kredit təşkilatları yarana biləcək riskləri minimallaşdırmaq məqsədi ilə bir sıra hallarda təminat tələbi müəyyən edir. Bəzi hallarda kredit üçün müraciət edən şəxslər və təşkilatlar qeyd olunan tələblərə cavab vermir, bu da kredit ayrılmasına mane olan əsas amillərdir”.

Qeyd edilib ki, bu halda iqtisadiyyatda dəyər zəncirinin formalaşması, iqtisadi subyektlərdə korporativ idarəetmə standartlarının təkmilləşməsi sahibkarların kreditlərə çıxışını daha da asanlaşdırar.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bu məhsul Azərbaycana milyonlarla dollar qazandırdı

2021-ci ilin yanvar-may aylarında Azərbaycan 323,1 milyon dollar dəyərində kənd təsərrüfatı məhsulu ixrac edib. Kənd təsərrüfatı məhsulları ixracı dəyər ifadəsi...

Azərbaycan nefti 3% ucuzlaşdı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,99 ABŞ dolları, yaxud 2,6 % azalıb. Sfera.az xəbər verir ki, "Az...

Qara dənizdəki qaz yataqlarını işlətmək bizə hansı dividentlər qazandıracaq? - ŞƏRH

SOCAR Qara dənizdəki yeni qaz yataqlarını işlətməyə hazır olduğunu bəyan edib. Şirkət rəsmisi bunun SOCAR-ın peşəkar maraqları dairəsində olduğunu bildirib...

Banklar əmanət faizlərini endirir

Azərbaycanın kommersiya bankları əmanət faizlərini bir qədər də azaldıb.  Sfera.az bankların açıqladığı məlumatlara əsasən bildirir ki, dollarla qoyu...

“Kəndli məhsulu marketdən alırsa...” – Bir çox ölkə aclıqla üz-üzə olduğunu elan etdi, bəs Azərbaycan?

Ötən gün Şimali Koreya lideri Kim Çen İn ölkəsinin böyük qida problemi ilə qarşı-qarşıya olduğunu və yaşanan aclığın narahatlıq verdiyini etiraf edib. Pararle...

Son 5 ildə qida məhsullarının idxalı 68 faiz artıb - SƏBƏB

Son illərdə qida məhsullarının idxalındakı artım sürəti ümumi idxaldakı artım sürətini xeyli qabaqlayır.  Sfera.az gömrük məlumatlarına istinadən bil...