Mərkəzi Bankdan inflyasiya AÇIQLAMASI: “Əhəmiyyətli risklər...”

Mərkəzi Bankdan inflyasiya AÇIQLAMASI: “Əhəmiyyətli risklər...”
Azərbaycan Mərkəzi Bankı inflyasiyanı hədəfdən kənarlaşdıra biləcək daimi və əhəmiyyətli riskləri müşahidə etmir. 

Sfera.az Mərkəzi Banka istinadən bildirir ki, bu il ölkəmizdə məcmu tələb artır. Amma tələbdəki artım təklifi üstələmədiyindən onun inflyasiya üzərində təsiri neytraldır.

Azərbaycanda tələbi əsasən xərc amilləri artırır. Dünya ərzaq bazarında bahalaşmanın davam etməsi, eləcə də digər xərc amilləri ilin qalan dövründə də qiymətlərə və inflyasiya gözləntilərinə artırıcı təsir göstərəcək. Buna baxmayaraq Mərkəzi Bank hesab edir ki, tələbdəki artım risklər balansını əhəmiyyətli dəyişmək potensialına malik deyil.

Xatırladaq ki, martda illik inflyasiya 4,1 faiz olub. İnflyasiyanın dinamikası əsasən qeyri-monetar xarakterli faktorlardan təsirlənir. Dövlət tərəfindən tənzimlənən qiymətlər, həmçinin mövsümə həssas kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan orta illik baza inflyasiya 2021-ci ilin yanvar-mart aylarında 2,2% təşkil edib.

Mərkəzi Bank bildirir ki, son bir neçə ayda faktiki inflyasiyanın dinamikası inflyasiya gözləntilərinə də təsir edir. Real sektor üzrə monitorinqə görə martda inflyasiya gözləntiləri qeyri-neft sənayesi, ticarət və tikintidə artıb, xidmət sektorunda isə azalıb. Ev təsərrüfatları arasında martda keçirilmiş sorğulara görə respondentlərin cəmi 25%-i inflyasiyanın yüksələcəyini gözləyir.

Apreldə yenilənən proqnozlara görə 2021-ci ilin sonuna illik inflyasiya hədəf diapozonunda formalaşacaq.

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...