Mərkəzi Bank valyuta ehtiyatlarını artırıb

Mərkəzi Bank valyuta ehtiyatlarını artırıb
Azərbaycan Mərkəzi Bankının (AMD) valyuta ehtiyatlarının həcmi 2022-ci ilin yanvarın 1-də 7,075 milyard dollar olmaqla son 6 ilin ən yüksək səviyyəsinə çatıb. Sonuncu dəfə bu həcmdə valyuta ehtiyatları 2015-ci ildə olmuşdu.

Sfera.az bildirir ki, AMB ötən ilin dekabrında ehtiyatlarını daha 56,7 milyon dollar artırıb. Bir il ərzində isə ehtiyatlarda artım 706 milyon dollar və ya 11,1 faiz olub.

Ötən il artımın böyük olması avqust ayında kvotaya uyğun BVF-nin SDR bölgüsü çərçivəsində Azərbaycanın SDR limitinin artırılması ilə bağlıdır. Bunun sayəsində avqustda ehtiyatlar 546 milyon dollar artıb.

Xatırladaq ki, AMB-nin ehtiyatları 2020-ci ildə 111 milyon dollar, 2019-cu ildə 632 milyon dollar, 2018-ci ildə 292 milyon dollar, 2017-ci ildə 1,361 milyard dollar artıb.

Valyuta ehtiyatlarının həcmində ən yüksək göstərici 2014-cü ilin avqustunun əvvəlində qeydə alınıb. Həmin tarixdə AMB-nin ehtiyatlarının həcmi 15,193 milyard dolları ötmüşdü. Sonradan ehtiyatların həcmi davamlı azalaraq 2016-cı ilin sonunda 3,974 milyard dollara düşdü.

2022-ci ilin əvvəlində qeydə alınan göstərici ilə 2016-cı ilin sonunundakı göstəricinin müqayisəsinə əsasən deyə bilərik ki, AMB-nin valyuta ehtiyatları son 5 ildə 3,101 milyard dollar və ya 78 faiz artıb.

Vasif
Sfera.az

 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Startapların mənfəət vergisindən azad edilməsi lazımdırmı?

Məlum olduğu kimi, Nazirlər Kabinetinin qərarına əsasən, Startap layihələri 3 il müddəttinə mənfəət vergisindən azad olunub. Bəs, mənfəət vergisinin ləğvi...

Azərbaycan Türkiyəyə qaz ixracını artıracaq

"Son günlərdə İrandan Türkiyəyə qazın idxalı ilə bağlı texniki problemlərin yaşanması fonunda Türkiyə tərəfi müvəqqəti çatışmazlığı aradan qaldırmaq üçün Azərba...

Azərbaycanda 250 min sahibkar qadın var

Azərbaycanda fərdi sahibkarların 78,6 faizini kişilər, 21,4 faizini qadınlar təşkil edir.   Sfera.az bildirir ki, sahibkar qadınların 30,5 faizi Bakıda, ...

Tikinti materialları BAHALAŞIB - QİYMƏTLƏR

Ötən il mal və xidmətlərdə müşahidə edilən bahalaşma tikinti və mənzillərin təmiri xərclərində də baş verib. Bu sektorda qiymət artımları orta hesabla 10 faizi ...

Pambıq istehsalçılarına ŞAD XƏBƏR

"Azərbaycanda bu il xam pambığın fermerlərdən alış qiyməti 50 manat artırılacaq". Sfera.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov Salya...

TuranBank nüfuzlu beynəlxalq maliyyə qurumundan kredit xətti almışdır

TuranBank ilə ECO Ticarət və İnkişaf Bankı arasında beynəlxalq ticarət əməliyyatlarının maliyyələşdirilməsini genişləndirmək məqsədilə 2 milyon ABŞ dolları hə...