Mərkəzi Bank valyuta dəyişmə məntəqələrinin açılmasını istəmir – SƏBƏBLƏR

Mərkəzi Bank valyuta dəyişmə məntəqələrinin açılmasını istəmir – SƏBƏBLƏR
Azərbaycanda iki ildən artıqdır ki, valyuta mübadiləsi fəaliyyətinə banklar və "Azərpoçt” MMC ilə yanaşı digər şəxslərin də məşğul olmasına icazə verilsə də, indiyə qədər yalnız bir şəxs bu imkandan faydalanıb. 

Sfera.az Mərkəzi Bankın məlumatına əsasən bildirir ki, 2020-ci ilin sentyabrın 23-də "ELİKO" MMC-yə valyuta mübadiləsi fəaliyyətinə lisenziyası verilib. 

Adıçəkilən qurum Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 520-də fəaliyyət göstərir.

Halbuki "Valyuta tənzimi haqqında” Qanuna əsasən istənilən şəxs Mərkəzi Bankdan lisenziya almaqla valyuta mübadiləsi ilə məşğul ola bilər. 

Bəs, Azərbaycanda digər şəxslərin valyuta mübadiləsi fəaliyyətinə maraq göstərməməsinə səbəb nədir?

İqtisadçı-ekspert Xalid Kərimli Sfera.az saytına açıqlamasında bildirdi ki, lisenziya almaq üçün ilk növbədə qanunvericiliyin müəyyənləşdirdiyi tələblərə cavab vermək lazımdır. O xatırlatdı ki, "Valyuta tənzimi haqqında” Qanunda 2018-ci ildən qüvvəyə minən dəyişikliyə əsasən bankların nəzdində olmamaq şərtilə valyuta dəyişmə məntəqələrinin işlənməsinə icazə verilib. Bunun üçün Mərkəzi Bankdan müvafiq lisenziyanın alınması lazımdır. Ekspert söylədi ki, bu məqsədlə lisenziya almaq 2015-ci ildən əvvəlki dövrlə müqayisədə xeyli çətindir: 

"2015-ci ildən əvvəlki dövrdə valyuta dəyişmə məntəqələrinin açılması şərtləri ağır deyildi. Hazırda lisenziya almaq çox çətindir, çünki şərtlər ağırlaşdırılıb. Qanun deyir ki, istənilən şəxs lisenziya ala bilər. Amma bunun üçün təhlükəsizlik şərtlərinə, yerləşmə qaydalarına, uçot-hesabat qaydalarına əməl edilməli, pul saxlamaq üçün xüsusi vasitələri və s. olmalıdır. Eyni zamanda əgər Bakı şəhərində fəaliyyət göstərəcəksə, 50 000  manat və 50 000 ABŞ dolları məbləğində girov qoymalıdır”. 

X.Kərimli hesab edir ki, bu şərtlərə uyğyun gələn sahibkarlar çoxdur. Ancaq Mərkəzi Bank onların hamısına lisenziya vermək istəmir:

"Lisenziyalaşdırma şərtləri ağır olsa da, bu tələblərə cavab verən şəxslər var. Buna baxmayaraq Mərkəzi Bank onlara lisenziya vermir, süni şəkildə qarşısını alır. Burada əsas məqsəd valyuta mübadiləsi əməliyyatlarında nəzarət imkanlarının  mürəkkəbləşməməsidir. 

Əvvəllər valyuta nəzarəti aşağı səviyyədə idi və bu, Mərkəzi Banka müəyyən problemlər yaşatdı. Devalvasiyadan sonra Mərkəzi Bank sərt nəzarət tədbirləri görür. Mərkəzi Bank hesab edir ki, bankların nəzdində olan valyuta dəyişmə məntəqələrinə nəzarət etmək, müstəqil fəaliyyət göstərən məntəqələrdən daha asandır. Buna görə də tələblərə cavab verilməsinə baxmayaraq müxtəlif bəhanələrlə lisenziya verilmir. 

Halbuki, valyuta mübadiləsi fəaliyyəti kifayət qədər rentabelli fəaliyyətdir və bununla məşğul olmaq istəyən sahibkarlar var. Valyuta dəyişmə məntəqələrinin olmaması səbəbindən ölkəmizdə valyuta əməliyyatlarının bir hissəsi "qara bazar”da aparılır. Nağd şəkildə, sənəd vermədən böyük məbləğdə dollar almaq istəyənlər bir qədər yüksək məzənnə ilə "qara bazar”da mübadilə həyata keçirirlər.”

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Malıbəylidə kütləvi məzarlıq AŞKAR EDİLDİ - FOTO

Malıbəylidə ən azı 6 nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.   Sfera.az-ın xəbərinə görə, bu barədə Baş Prokurorluq və Əsir...

Zərdabda moped, Salyanda avtomobil YANDI

Zərdabda moped, Salyanda isə avtomobil yanıb.   Sfera.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Zərdabda"Orbit" ...

Elmira Süleymanova VƏFAT ETDİ

Azərbaycanın ilk İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova vəfat edib.   Sfera.az xəbər verir ki, o, 87 yaşında dünyasını də...

Alen Simonyan: "İrəvan Bakı ilə təbii qaz alışı məsələsini müzakirə etməyə hazırdır"

İrəvan Bakı ilə təbii qaz alışı məsələsini müzakirə etməyə hazırdır.   Sfera.az TASS-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spiker...

Doqquzuncu planetin mövcudluğu ilə bağlı yeni sübutlar əldə edildi

Kaliforniya Texnologiya İnstitutunun və ABŞ-nin digər elmi müəssisələrinin planetoloqları Günəş sistemində Planet X kimi tanınan doqquzuncu planetin mövcudluğu ...

Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclası KEÇİRİLDİ - FOTO

Milli Məclisdə Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilib.   Sfera.az-ın APA-a istinadən&n...