No Image
No Image

Mərkəzi Bank valyuta dəyişmə məntəqələrinin açılmasını istəmir – SƏBƏBLƏR

Mərkəzi Bank valyuta dəyişmə məntəqələrinin açılmasını istəmir – SƏBƏBLƏR
Azərbaycanda iki ildən artıqdır ki, valyuta mübadiləsi fəaliyyətinə banklar və "Azərpoçt” MMC ilə yanaşı digər şəxslərin də məşğul olmasına icazə verilsə də, indiyə qədər yalnız bir şəxs bu imkandan faydalanıb. 

Sfera.az Mərkəzi Bankın məlumatına əsasən bildirir ki, 2020-ci ilin sentyabrın 23-də "ELİKO" MMC-yə valyuta mübadiləsi fəaliyyətinə lisenziyası verilib. 

Adıçəkilən qurum Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 520-də fəaliyyət göstərir.

Halbuki "Valyuta tənzimi haqqında” Qanuna əsasən istənilən şəxs Mərkəzi Bankdan lisenziya almaqla valyuta mübadiləsi ilə məşğul ola bilər. 

Bəs, Azərbaycanda digər şəxslərin valyuta mübadiləsi fəaliyyətinə maraq göstərməməsinə səbəb nədir?

İqtisadçı-ekspert Xalid Kərimli Sfera.az saytına açıqlamasında bildirdi ki, lisenziya almaq üçün ilk növbədə qanunvericiliyin müəyyənləşdirdiyi tələblərə cavab vermək lazımdır. O xatırlatdı ki, "Valyuta tənzimi haqqında” Qanunda 2018-ci ildən qüvvəyə minən dəyişikliyə əsasən bankların nəzdində olmamaq şərtilə valyuta dəyişmə məntəqələrinin işlənməsinə icazə verilib. Bunun üçün Mərkəzi Bankdan müvafiq lisenziyanın alınması lazımdır. Ekspert söylədi ki, bu məqsədlə lisenziya almaq 2015-ci ildən əvvəlki dövrlə müqayisədə xeyli çətindir: 

"2015-ci ildən əvvəlki dövrdə valyuta dəyişmə məntəqələrinin açılması şərtləri ağır deyildi. Hazırda lisenziya almaq çox çətindir, çünki şərtlər ağırlaşdırılıb. Qanun deyir ki, istənilən şəxs lisenziya ala bilər. Amma bunun üçün təhlükəsizlik şərtlərinə, yerləşmə qaydalarına, uçot-hesabat qaydalarına əməl edilməli, pul saxlamaq üçün xüsusi vasitələri və s. olmalıdır. Eyni zamanda əgər Bakı şəhərində fəaliyyət göstərəcəksə, 50 000  manat və 50 000 ABŞ dolları məbləğində girov qoymalıdır”. 

X.Kərimli hesab edir ki, bu şərtlərə uyğyun gələn sahibkarlar çoxdur. Ancaq Mərkəzi Bank onların hamısına lisenziya vermək istəmir:

"Lisenziyalaşdırma şərtləri ağır olsa da, bu tələblərə cavab verən şəxslər var. Buna baxmayaraq Mərkəzi Bank onlara lisenziya vermir, süni şəkildə qarşısını alır. Burada əsas məqsəd valyuta mübadiləsi əməliyyatlarında nəzarət imkanlarının  mürəkkəbləşməməsidir. 

Əvvəllər valyuta nəzarəti aşağı səviyyədə idi və bu, Mərkəzi Banka müəyyən problemlər yaşatdı. Devalvasiyadan sonra Mərkəzi Bank sərt nəzarət tədbirləri görür. Mərkəzi Bank hesab edir ki, bankların nəzdində olan valyuta dəyişmə məntəqələrinə nəzarət etmək, müstəqil fəaliyyət göstərən məntəqələrdən daha asandır. Buna görə də tələblərə cavab verilməsinə baxmayaraq müxtəlif bəhanələrlə lisenziya verilmir. 

Halbuki, valyuta mübadiləsi fəaliyyəti kifayət qədər rentabelli fəaliyyətdir və bununla məşğul olmaq istəyən sahibkarlar var. Valyuta dəyişmə məntəqələrinin olmaması səbəbindən ölkəmizdə valyuta əməliyyatlarının bir hissəsi "qara bazar”da aparılır. Nağd şəkildə, sənəd vermədən böyük məbləğdə dollar almaq istəyənlər bir qədər yüksək məzənnə ilə "qara bazar”da mübadilə həyata keçirirlər.”

Vasif
Sfera.az


Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda əməkhaqqları azalır, pensiyalar artır – Belə davam edərsə...

Azərbaycanda orta pensiya məbləğinin orta əməkhaqqına nisbətində artım müşahidə edilir. 2020-ci ildə orta aylıq pensiyanın orta əməkhaqqına nisbəti 42,4 faiz ol...

Ev almaq istəyənlərə ŞAD XƏBƏR

Mövcud makroiqtisadi vəziyyət daşınmaz əmlak qiymətlərinin yüksəlməsini çətinləşdirir. Xüsusən, ümumi daxili məhsul (ÜDM) istehsalının nominal göstəricilərinin ...

Qubad İbadoğludan “böhran masası” təklifi – “İşsizlik və yoxsulluq kütləviləşir...”

"Cari ilin birinci rübünun başa çatmasından 13 gün ötsə də, sosial-iqtisadi yekunlar müzakirə olunmur, əldə edilmiş nəticələr və itirilmiş imkanlar dəyərləndi...

ABŞ Ukraynadakı gərginliyi buna görə körükləyir: “Böyük oyun” regiona necə təsir edəcək?

ABŞ-da demokratların hakimiyyətə gəlməsindən sonra Ukrayna ətrafında gərginliyin yenidən artması müşahidə edilir. Ukrayna şərq rayonlarında seperatizmi aradan q...

Beynəlxalq Valyuta Fondundan Azərbaycanla bağlı proqnoz: Pul kütləsində yeni rekord səviyyə...

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda geniş mənada pul kütləsinin bu ilin sonunda 31,11 milyard manata yüksələcəyini proqnozlaşdırır. BVF-nin gözləntiləri...

Bu evlərin kirayəsi 2-3 dəfə BAHALAŞACAQ

Təhsildə yenidən distant formaya keçid kirayə bazarında aktivliyə mənfi təsir göstərib, qiymətlər 2020-ci ildəki səviyyə qayıdıb.    Sfera.az sa...