No Image
No Image

Mərkəzi Bank rəqəmsal valyuta buraxır? - Ekspert AÇIQLADI

Mərkəzi Bank rəqəmsal valyuta buraxır? - Ekspert AÇIQLADI
Bir sıra ölkələrin Mərkəzi Bankları rəqəmsal valyutanın hazırlanması və dövriyyə buraxılması istiqamətində əməli tədbirlər görür. Rəqəmsal valyuta bazarının genişlənməsi, onun dəyərinin yüz milyardlarla ölçülməsi Mərkəzi Banklarda bu tip valyutalara marağı artırıb. 

Sfera.az bildirir ki, Türkiyə Mərkəzi Bankı bu il, ən geci gələn ilin ikinci yarısında dövriyyəyə rəqəmsal valyuta buraxmağı planlaşdırır. Artıq rəqəmsal valyuta ilə bağlı pilot layihənin həyata keçirilməsinə başlanılıb. 2021-ci ilin ikinci yarısında onu test rejimində dövriyyəyə buraxmaq planlaşdırılır.

Rusiya Bankı (Mərkəzi Bank) rəqəmsal valyutasının dövriyyə buraxılması imkanlarını nəzərdən keçirir. Hələlik ruslar digər ölkələrin rəqəmsal valyuta ilə bağlı təcrübəsini öyrənir.

Avropa Mərkəzi Bankı da rəqəmsal avronun yayımına hazırlıqlara başlayacaq. Avropa valyutasının yeni versiyası ilə bağlı son qərar böyük ehtimalla 2021-ci ilin ortalarında veriləcək.

Yaponiya Mərkəzi Bankı rəqəmsal valyutanın buraxılışı məqsədilə sınaq mərhələsinə start verib. İlk mərhələdə mərkəzi bankların rəqəmsal valyuta sistemi üçün sınaq mühitinin inkişaf etdiriləcəyi və onun ödəmə vasitəsi olaraq sınaqların keçirilməsi nəzərdə tutulur. Yaponlar bu mərhələnin 2022-ci il mart ayının sonunadək həyata keçiriləcəyini bildirib.

Son məlumatlara əsasən rəqəmsal valyuta bazarının ümumi dəyəri ilk dəfə olaraq 2 trilyon ABŞ dolları səviyyəsini keçib. Bazarın kapitallaşması son iki ayda iki dəfə artıb və bunun səbəbi kimi artan tələb göstərilir. 

Azərbaycan rəqəmsal valyutanın hazırlanması və dövriyyə buraxılması məsələsinə mühafizəkar yanaşır. Bəs, ölkəmiz bu məsələdə daha nə qədər gözləməlidir? Azərbaycan rəqəmsal valyuta haqqında düşünməlidirmi?

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov indiki vəziyyətdə Azərbaycana rəqəmsal valyutanın lazım olmadığını düşünür. Onun fikrincə, rəqəmsal valyutanın buraxılması üçün bir neçə şərt ödənilməlidir:

"Rəqəmsal valyuta buraxmamışdan əvvəl ilk növbədə həmin ölkənin valyutasına etibar olmalıdır, həmin valyutada yığım olmalıdır. Hazırda o ölkələr rəqəmsal valyuta buraxılışına hazırlaşır ki, həmin ölkələrin valyutasından yalnız özləri yox, həm də kənar ölkələrdə də istifadə edilir. Avro, yuan, rubl başqa ölkələrdə də istifadə edilir. Deməli, onların rəqəmsal valyutalarına da maraq olacaq. 

Azərbaycanın valyutasına etimad devalvasiyadan əvvəlki qədər güclü deyil, manatla yığım aşağı səviyyədədir. Buna görə də rəqəmsal valyuta buraxmaq haqqında düşünmək hələ tezdir”. 

Ekspert hesab edir ki, Azərbaycan Mərkəzi Bankı rəqəmsal valyuta buraxmaqdansa, xaricdə istifadə olunan rəqəmsal valyutaların ölkəmizdə istifadəsini tənzimləmək haqqında düşünməlidir:
 
"Hazırda əsas diqqət yetiriləsi məsələ rəqəmsal valyutadan istifadə üçün infrastrukturun yaradılmasıdır. Belə bir infrasturktur olarsa, böyük tələb olan rəqəmsal valyutalarından istifadə imkanları yaranar. Onların timsalında rəqəmsal valyutaların xüsusiyyətlərini daha yaxşı mənimsəmək olar”. 

Ə.Həsənov bildirdi ki, rəqəmsal valyutanın buraxılması ona marağın yaranması, etimadın göstərilməsindən, iqtisadi risklərin aşağı olmasından asılıdır. Buna görə də o rəqəmsal valyutanın buraxılması məsələsində tələsməməyi, gözləməyi tövsiyə edir: 

"Rəqəmsal texnologiyaların inkişafı, təhlükəsizlik məsələləri də burada önəmli rol oynayır. Bunlar olarsa, Azərbaycanda da rəqəmsal valyuta haqqında düşünmək, layihə hazırlamaq olar. Azərbaycanda bu şəraitin yaradılması bir-iki, hətta beş ilə də mümkün deyil”.

Vasif
Sfera.az



Turan Bank

OXŞAR XƏBƏRLƏR

Beynəlxalq Valyuta Fondundan Azərbaycanla bağlı proqnoz: Pul kütləsində yeni rekord səviyyə...

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda geniş mənada pul kütləsinin bu ilin sonunda 31,11 milyard manata yüksələcəyini proqnozlaşdırır. BVF-nin gözləntiləri...

Bu evlərin kirayəsi 2-3 dəfə BAHALAŞACAQ

Təhsildə yenidən distant formaya keçid kirayə bazarında aktivliyə mənfi təsir göstərib, qiymətlər 2020-ci ildəki səviyyə qayıdıb.    Sfera.az sa...

“Qiymət təlatümləri baş verəcək” - Bahalaşmanın qarşısı necə alına bilər?

Son aylarda xarici bazarlarda baş verən bahalaşmanın Azərbaycana təsirləri göstərdi ki, yerli xammala əsaslanan istehsal sahələri qiymət artımlarına qarşı daha ...

Ukraynada müharibə olarsa, neft yenidən ucuzlaşacaq - ŞƏRH

Ukrayna ətrafında hərbi-siyasi gərginliyin artması neft qiymətlərinin yenindən kəskin enməsinə səbəb ola bilər. Son günlər Rusiyanın Ukraynanın şərq sərhədlər...

Kölgə iqtisadiyyatını kiçiltməklə büdcənin gəlirlərini nə qədər artırmaq olar? - RƏQƏMLƏR

2021-ci ilin birinci rübündə dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məcburi dövlət sosial sığorta üzrə gəlirləri proqnozdan xeyli artıq olub...

İşsizlik, qiymət artımı, böhran... – Ekspert prosesin nə qədər davam edəcəyini açıqladı

Pandemiya dövründə işsizliklə bərabər, əhalini narahat edən əsasə məsələlərdən biri də qiymət artımıdır. Son aylar xüsusilə yerli bazarda ərzaq və qeyri-ərzaq...