Merkeldən Türkiyə açıqlaması

Merkeldən Türkiyə açıqlaması
Almaniya Kansleri Angela Merkel Avropa İttifaqı (Aİ) ilə Türkiyə münasibətlərində irəliləyişin olmadığını açıqlayıb.

Sfera.az xəbər verir ki, Merkel oktyabrda keçirilən Aİ zirvəsindən bu günə qədər Türkiyə ilə əlaqələrdə bir çox əngəllər olduğunu bildirib:

"Türkiyə ilə münasibətlərdə təəssüf ki, istədiyimiz kimi bir irəliləyiş olmadı”.

Kansler dekabrda baş tutacaq növbəti Aİ zirvə görüşündə Türkiyə məsələsini gündəmə gətirəcəyini, müzakirələrin müsbət nəticə verəcəyinə ümid etdiyini qeyd edib.

OXŞAR XƏBƏRLƏR