Merkel elan etdi: Karantin rejimi uzadılır
08:25 / 26.11.2020
1002
Almaniyada karantin rejimi bu ilin sonunadək uzadılıb.
Sfera.az xəbər verir ki, bu barədə Almaniya Kansleri Angela Merkel 16 federal torpaq başçısı ilə danışıqların yekunlarına dair bildirib.
"Oktyabrın 28-də qəbul edilmiş tədbirlər qüvvədə qalmaqda davam edir. Hələ ki, dekabrın 20-dək”, - o deyib.
"Ancaq biz razılaşırıq ki, yüksək yoluxma sayı səbəbindən bunu yanvar ayının əvvəlinə qədər də saxlamalı olacağıq”, - deyə Merkel əlavə edib.
Onun sözlərinə görə, Milad bayramı tətilində yumşalma etmək nəzərdə tutulur.