Merih Demiral koronavirusa yoluxdu

Merih Demiral koronavirusa yoluxdu
Türkiyə milli komandasının və İtaliyanın "Yuventus” klubunun müdafiəçisi Merih Demiralda koronavirus aşkarlanıb.
 
Sfera.az  xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
 
Xəbərdə 23 yaşlı müdafiəçinin millinin düşərgəsində verdiyi COVİD-19 testinin pozitiv çıxdığı diqqətə çatdırılıb.
 
Qeyd edək ki, DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Niderland, Norveç və Latviya ilə oyunlar üçün Türkiyə yığmasına dəvət alan futbolçulardan bir neçəsi koronavirusa yoluxduğu üçün heyətdən kənarlaşdırılmışdı. Onların arasında Demiral da var idi. 
 
İtaliya mətbuatının iddiasına görə, Demiral xüsusi təyyarə ilə Turinə qayıda biləcək. Hansı ki, bir neçə ay öncə komandanın digər üzvü Kristiano Ronaldo eyni qaydada İtaliyaya dönmüşdü.

OXŞAR XƏBƏRLƏR

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...

Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

Rabitəbank müştərilərinin rahatlığını təmin etmək və xidmətlərini daha da əlçatan etmək məqsədilə biznes hesablarının açılması qaydasını asanlaşdırıb. Belə ki, ...

"Hesablama Palatası fəaliyyətinin keyfiyyətində yeni mərhələyə qədəm qoyub" - Vüqar Bayramov

“2023-cü ildə Hesablama Palatası fəaliyyətinin keyfiyyətində yeni mərhələyə qədəm qoya bilib”. Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bug...

Şahzadə Harri ABŞ sakini olduğunu TƏSDİQLƏDİ

Britaniya şahzadəsi Harri rəsmi sənədlərdə yaşayış yerini ABŞ olaraq dəyişdirib. Bununla da, onun ABŞ sakini olduğu rəsmi olaraq təsdiqlənib.   Sfera...

Milli Məclisdə Hesablama Palatasının 2023-cü il üzrə hesabatı təqdim edildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının 2023-cü ildəki fəaliyyəti ilə bağlı hesabat müzakirəyə çıxarılıb.   Sfera.az x...

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.   B...