Mer sərxoş halda karantini pozdu, məmuru dişlədi – AYILANDA İSTEFA VERDİ
İspaniyanın sərxoş meri karantini pozub və zabiti dişləyib.
Sfera.az bildirir ki, İspaniyanın Badalona şəhərinin meri Aleks Pastor karantini pozub və sərxoş halda avtomobilinin sükanı arxasına keçib.
Bundan əvvəl pastor Kataloniyanın hüquq-mühafizə orqanları tərəfindən Barselonanın mərkəzində yaxalanıb. Onu karantini pozanları yoxlamaq üçün qurulan postlardan birində saxlayıblar.
Bu azmış kimi, yüksək rütbəli məmur gözəçarpansərxoşluq əlamətlərinə baxmayaraq, alkoqol testindən keçməkdən imtina edib və hüquq-mühafizə orqanları əməkdaşlarına tabe olmadığına görə həbs edilib. Bundan əlavə, iddia edilir ki, Badalonanın meri məmurlardan birini dişləyib.
Az sonra onun müavinlərindən biri Ruben Giharro mətbuat konfransında bildirib ki, Pastor istefa verib.
Qeyd edək ki, yüksək hazırlıq rejimi İspaniyada martın 14-dən tətbiq olunur və iki dəfə müddəti uzadılıb. Sonuncu dəfə rejimin müddəti aprelin 26-dək uzadılıb. Son məlumatlara görə, ölkədə 200 mindən çox yoluxma halı qeydə alınıb, 21 min insan dünyasını dəyişib.
Xatırladaq ki, daha əvvəl İspaniyada COVİD-19-a yoluxmuş şəxslər arasında ölüm hallarının azaldığı haqda məlumat yayılmışdı.
Selcan
Sfera.az