Ömər Çelik: “Ərdoğanın Azərbaycana səfəri tarixi əhəmiyyətə sahibdir”
22:22 / 08.12.2020
4032
"Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri tarixi əhəmiyyətə sahibdir”.
Sfera.az-ın məlumatına görə, bu sözləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik deyib.
"9-10 dekabrdakı bu ziyarətlər azərbaycanlı qardaşlarımızla görüşəcəyik. Azərbaycana aid olan torpaqlar əsl sahibinə (Azərbaycana) qayıtmışdır.
Silahlı qüvvələrimiz birgə fəaliyyət üçün hazırlıqlarını tamamladı, vəzifəyə hazırdır. Tezliklə atəşkəsi müşahidə üçün əsgərlərimiz bölgədə olacaq”, - deyə Ö.Çelik bildirib.