Meqan Markl ikinci övladını itirdi
17:27 / 25.11.2020
1448
İngiltərə şahzadəsi Harri və həyat yoldaşı Meqan Markl dünyaya gələcək körpələrini
itiriblər.
Sfera.az xəbər verir ki, krallıq səlahiyyətlərindən imtina edərək, həyat yoldaşı ilə Amerikada yaşayan Meqan Markl ikinci hamiləliyində övladının tələf olduğunu söyləyib.
"Oğlumun paltarını dəyişdirəndə ağrı hiss etdim. Getdikcə ağrı gücləndi. Onu bağrıma basdım, dərk etdim ki, qarnımdakı övladımı itirirəm. Bir neçə saatdan sonra həyat yoldaşımın əlindən tutaraq xəstəxana yatağında uzandığımı gördüm.İkimiz də gözyaşlarına qərq olmuşduq. Soyuq ağ divarlara baxırdıq. Yaxşı olacağımı düşünmürəm. Övlad itirmək çox qəribə bir acıdır. Heç nə onu əvəzləyə bilməz”, - deyə Markl bildirib.
Qeyd edək ki, cütlüyün 2019 -cu ildə oğlu dünyaya gəlmişdi.
Jalə Mehdi
Sfera.az