Mənzilini kirayə verən şəxs vergi ödəməlidir - RƏSMİ

Mənzilini kirayə verən şəxs vergi ödəməlidir - RƏSMİ
"Mənzilin kirayə verilməsi ilə əlaqədar əldə edilən gəlirdən 14 faiz gəlir vergisi ödənilməlidir".

Sfera.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətindən kirayə mənzil bazarında vergidən yayınmalara qarşı hansı mübarizə tədbirlərinin görüldüyü ilə bağlı sorğuya cavab olaraq bildirilib.

Qeyd edilib ki, mənzili kirayə verilməsi ilə əlaqədar kirayə haqqını ödəyən fiziki şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda, kirayəyə verən fiziki şəxs özü vergi ödəyicisi kimi uçota alınmalı və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə gəlir vergisini hesablamalıdır:

"Sonra hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq "Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə hesablanmış gəlir vergisinin məbləğini dövlət büdcəsinə ödəməlidir”.

Dövlət Vergi Xidmətinin rəis müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Samirə Musayevanın adından daxil olan cavabda əlavə edilib ki, mənzili kirayə götürən şəxs əmlakdan sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə etmədiyi halda həmin şəxsin vergi orqanında uçota alınma öhdəliyi yaranmır:

"Eyni zamanda kirayə müqavilələri barədə məlumatlar vergi orqanına təqdim edildiyi halda vergi orqanları tərəfindən həmin məlumatlar vergilərin hesablanması zamanı əlaqəli məlumat kimi istifadə edilir. Vergi orqanları müxtəlif formalarda vergidən yayınan şəxslər barədə müvafiq məlumatlar əldə etdiyi halda Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergilərin hesablanmasını həyata keçirə bilər. Belə ki, vergi orqanları tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri vergi ödəyicilərinin fəaliyyətinin əhatə edən nəzarət forması olduğundan və mənzilin kirayə verilməsindən gəlir əldə edən fiziki şəxslər vergi orqanlarında uçotda olmadığından bu şəxslər vergi nəzarətinin əhatə etdiyi subyektlərə aid edilmir". // xəzərxəbər


OXŞAR XƏBƏRLƏR

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana GƏLƏCƏK

Ukrayna Ali Radasının (parlament) sədr müavini Yelena Kondratyukun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.   Sfera.az xəbər veri...

Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə GÖRÜŞDÜ

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Dünya Bankının Baş İdarəçi Direktoru Aksel van Trotsenburq və Dünya Bankını...

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Sabah Azərbaycanda havanın temperaturu gecə 12-17° isti, gündüz 25-30° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18° isti olacaq.   B...

Azərbaycan neftinin qiyməti 89 dollara ÇATDI

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,31 ABŞ dolları, yaxud 0,4 % artaraq 88,82&nbs...

Bakıda dəhşətli QƏTL - Sevgilisini öldürdü, sonra... - TƏFƏRRÜAT

Aprelin 20-də saat 6 radələrində Xətai rayonu ərazisində 2002-ci il təvəllüdlü Elnarə Cabbarovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. ...

Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə etdi - YENİLƏNİB

Azərbaycan Beynəlxalq Enerji Agentliyi (IEA) ilə COP29-un gündəliyindəki prioritetləri, o cümlədən yeni qlobal kollektiv maliyyə kəmiyyətlərinin qəbulu və Milli...