Mənzil yandı: 3 uşaq öldü

Mənzil yandı: 3 uşaq öldü

Sverdlovsk vilayətinin Nijni Taqil şəhərində mənzillərin birində baş vermiş yanğın nəticəsində 4 nəfər ölüb.

Sfera.az APA-ya istinadən bildirir ki, ölənlərdən üçü uşaqdır.   

Yanğın ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən mənzildə baş verib. Yanğın 64 kv.m sahəni əhatə edib.
 
Yanğının söndürülməsinə 4 briqada cəlb edilib.
 
Yanğının səbəbləri araşdırılır.  


OXŞAR XƏBƏRLƏR