Mənzil qiymətləri sürətlə yüksəlir – Son 16 ilin rekord artımı qeydə alındı

Mənzil qiymətləri sürətlə yüksəlir – Son 16 ilin rekord artımı qeydə alındı
2021-ci ildə qlobal səviyyədə mənzil qiymətlərində sürətli artım qeydə alınıb. 

Sfera.az "Bloomberg”ə istinadən xəbər verir ki, bu il baş verən bahalaşma sürəti 2005-ci ildən bəri qeydə alınan ən güclü qiymət artımıdır. 

Beynəlxalq Daşınmaz Əmlak Məsləhət Şirkəti olan "Knight Frank” 55 ölkədə illik qiymət artımlarını müqayisə edib. Şirkət illik müqayisəni iyun ayındakı göstəricilər əsasında aparıb. Məlum olub ki, iyunda mənzil qiymətləri illik müqayisədə 9,2 faiz artıb. Bu, 2005-ci ilin martından bəri qeydə alınan ən yüksək artım göstəricisidir. 
Şirkət xatırladır ki, 2020-ci ilin iyununda mənzil qiymətləri illik müqayisədə 4,3 faiz artmışdı. 

"Knight Frank”ın məlumatına əsasən, qiymət müşahidəsi aparılan hər 3 ölkədən birində bahalaşma sürəti 10 faizi ötüb. ABŞ, Kanada, Avstraliya, Yeni Zellandiya və Türkiyədə isə bahalaşma 16 faizi keçib. 

Şirkət müəyyən edib ki, mənzil qiymətlərində artım sürəti inkişaf etmiş ölkələrdə inkişaf etməkdə olan ölkələrə nisbətən 2 dəfə yüksək olub. Müqayisə edilən birillik dövrdə ucuzlaşma yalnız Hindistan və İspaniyada baş verib. 

Şirkət qiymət artımına səbəb kimi aşağı faiz dərəcələrini və ev təsərrüfatlarının mənzil alışına çox vəsait yatırmasını göstərib.

Qeyd edək ki, Türkiyədən Azərbaycan vətəndaşları da mənzil alır. Son 5 ilin məlumatına əsasən hər il Azərbaycan vətəndaşlarının aldığı mənzillərin sayı 1000-1500 ədəd arasında dəyişib. 

2021-ci ilin iyununda Türkiyədə mənzillərin 16 faiz bahalaşsa da, bu dövrdə "qardaş ölkə”nin milli valyutası 27 faizdən çox ucuzlaşıb. Milli valyutada ucuzlaşma bahalaşma sürətini keçdiyindən Türkiyədə dollar ifadəsində mənzillərin dəyəri bir qədər də enmiş olub. 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...

Peruda qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO

Aprelin 12-də Peru Hərbi Hava Qüvvələrinə məxsus “Dassault Mirage 2000P” qırıcısı Piçu Piçu vulkanının qərb yamacında qəzaya uğrayıb.   ...

Ermənistan növbədənkənar seçkiyə getmir - Paşinyan açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı mümkün prosesdən əvvəl növbədənkənar parlament seçkiləri keçirmək niyyətin...

Yeni "iPhone" modellərinin yaddaşı artırılacaq

"Apple" şirkəti 128 giqabayt yaddaşa malik smartfonların Pro modellərinin istehsalını dayandıracaq. Sfera.az xəbər verir ki, bu barədə "Leak...

Fransada Mərakeş Kralının keçmiş qalası yarım milyard avroya satışa çıxarıldı

Parisin kənarında yerləşən “Arminvilliers” mülkü dünyanın ən bahalı mülkü ola bilər. Qala 425 milyon avroya satışa çıxarılıb.     Sf...