“Mənim qəbul günüm olmayacaq…”- Deputatlığa namizəd Elnur Abbaszadə

“Mənim qəbul günüm olmayacaq…”- Deputatlığa namizəd Elnur Abbaszadə
 

Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. 41 saylı Sumqayıt birinci seçki dairəsindən deputatlığa namizəd Elnur Abbaszadə deputatlıq mandatı uğrunda mübarizə aparacaq. 

Təcrübəli hüquqşunas Elnur Abbaszadə şəxsi təşəbbüsü ilə Milli Məclis seçkilərinə namizədliyini irəli sürüb.

DOSYE: Abbaszadə Elnur Hidayət oğlu 1981-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 1998-ci ildə Sumqayıt şəhər 7 saylı tam orta məktəbi bitirərək, həmin il Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinə qəbul olmuşdur. 2003-cü ildə universiteti bitirmişdir. 2003-2004-cü illərdə hərbi xidmətdə olmuşdur. 

Əmək fəaliyyətinə 2004-cü ildə hüquqşünas vəzifəsi ilə başlamışdır. 2004-2006-cı illərdə "Birlik Sığorta” Şirkətinin Sumqayıt filialının direktoru vəzifəsində işləmişdir. 2006-2014-ci illər Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Hüquq sektorunun müdiri vəzifəsini icra etmişdir. Hal-hazırda "Qafqaz Əmtəə və Xammal” İctimai Birliyinin İdarə Heyətinin üzvü, "Qardaşlar Kənd Təsərrüfatı” İctimai Birliyinin sədri, "Ata-Hüquq” şirkətinin rəhbəridir. Ailəlidir.

– Elnur müəllim, necə oldu ki, deputatlığa namizədliyinizi irəli sürdünüz?

-Bildiyiniz kimi ölkədə prezidentimiz İlham Əliyev tərəfində köklü islahatlar aparılır. Aparılan islahatlarda yenilik,yeni nəfəs gətirir. Mən hər zaman ölkə başçsının çıxışlarını müraciətlərini diqqətlə izləyirəm. Ölkə başçısı İlham Əliyevin apardığı düşünülmuş siyasət xalqa xidmət prinsiplərinə əsaslanır. Bu amillə dövlətimiz daha da qüdrətlənəcək,Azərbaycanımız inkişaf yolunu davam etdirəcək. Tam səmimi deyəcəm, mənə görə deputatlıq imtiyaz yox, xalqa xidmət vasitəsidir. Fəaliyyətim dövründə Azərbaycanın haqq səsinin ucaldılması, insan haqlarının qorunması, vətəndaşların maarifləndirilməsi, sosial problemlərin hüquqi baxımdan həll edilməsi, və diğər məsələlərə biganə qalmamışam. O ki qaldı hansı səbəbdən deputatlığa namizədliyimi irəli sürməyimə, hesab edirəm ki, hazırda bunun üçün kifayət qədər ciddi əsaslar var. Mən ölkə başçısını çağırışına əsaslanaraq namizədliyimi irəli sürdüm. İnanıram və şübhə etmirəm ki, fevralın 9-da keçirilən seçkilər tam demokratik və şəffaf olacaq. Əminəm ki, xalqın içərisindən çıxan, cəmiyyətin inkişafına çalışan, bu xüsusən böyük fəallıq nümayiş etdirən, eyni zamanda yaşadığım dairədə xüsusi nüfuza sahib olan biri kimi seçkilərin qalibi olacağam.

– Cəmiyyətdə seçkilərlə bağlı şaiəyələr  dolaşır bunula bağlı nə deye bilərsiz?

-Qeyd edim ki, bizim öncəki deputatımız Mirzəcan Xəlilov idi deputat kimi fəaliyyət göstərdiyi müddətdə heç bir ciddi addım atmayıb. İstər seçicilərlə münasibət, istərsə də ictimai rəydəki mövqeyinə görə, çox uğursuz deputat olub. Bu mənada mən düşündüm görüşlər keçirdim catışmazlıqları araşdırdım və gördüm ki, qarşıda görülən işlər və hədəf öz təcrübəmdən istifadə edərək 36-40 ay ərzində aradan qaldırla bilər. Nəzərə alanda ki, mən bu dairənin ərazisində yaşayıram və ictimai baxımdan fəalam. Biz keçmişə yox, gələcəyə baxırıq və inanırıq ki, digər dairələrdə olduğu kimi, 41 saylı Sumqayıt birinci seçki dairəsində seçicilərin etimadını qazanan, dövlət və dövlətçilik prinsiplərini rəhbər tutan şəxs mandat qazanacaq.

-Sizin deputat kimi fəaliyyətiniz nədən ibarət olacaq? Deputat seçilsəniz, seçicilər sizin fəaliyyətinizdə hansı yenilikləri müşahidə edəcək?

-İlk öncə mənim qəbul günüm və saatım olmayacaq, deputatın qəbul günü və saatı olmamalıdır. Elnur Abbaszadənin qəbul günü və saatı olmayacaq. Mən seçicilərimin qayğılarını problemlərini bilirəm. Mənə müraciət edənlərə zamanında cavab veriləcək görüş keçiriləcək. Mənim əlaqə telefonlarımı,yaşadığım ünvanı,valideynlərimin ünvanını çalışdığım ofisin ünvanını artıq hər bir seçici bilir. Təbliğat zamanı hər bir seçici ilə fərdi görüşlər keçirirəm hər bir seçicinin qonağı olacam. Bir daha o məqamın üzərinə qayıtmaq istəyirəm ki, son dövrlər Azərbaycanda həyata keçirilən islahatlar ölkəmizin gələcəyi üçün böyük imkanlar yaradır və dövlətini, vətənini sevən hər bir Azərbaycan vətəndaşı bu prosesdə yer almalıdır. Əgər deputat seçilərəmsə, ilk növbədə seçicilərin hüquqlarının müdafiəsi, qanunvericilik bazasının təkmilləşdirilməsi mənim əsas fəaliyyət istiqamətim olacaq. Və ən əsası biz seçicilərlə dialoq platforması quracaq, başlatdığımız prosesi seçkilərdən sonra da davam etdirəcəyik.

-Seçkilərdə şüarınız nədir?

-Bizim şüarımız "İslahatlar zamanıdır səs ver” və biz bütün fəaliyyətimizdə vətəndaşın səsi olacayıq . Hər gün görüşlərimiz davam edir.Seçki qərargahımız tam gücü ilə çalışır yüzlərlə seçicinin müraciətləri və istəkləri əsasında dövlət və özəl orqanlara müraciətlər ünvanlanıb və bu proses davam etdirilir. Bizim qərargah seçkilərdən sonra ictimai birlik kimi fəaliyyət göstərəcək. Bu birliyin əsas missiyası Sumqayıt sakinlərinin problemlərini ortaya çıxarmaq, onların həllinə çalışmaq, şəhərin ərazisində olan gəncləri önə çıxarmaq və məşğulluq səviyyəsini artırmaq olacaq.

Gözləntiniz və hədəflərinizi açıqlayın Elnur müəllim

Sizinlə müsahibə barədə vədələşəndə nədənsə düşündüm ki, suallarınızdan biri təqribən belə olacaq (gülür). Həqiqətən də, niyə parlament seçkilərində iştirak edirəm? Hədəflərim və gözləntilərim nədir? Bilirsiniz, mən ixtisasca hüquqşünasam. Prezident İlham Əliyev gənc nəslin siyasi cəhətdən aktiv hissəsini parlamentə keçirilən seçkilərdə iştirak etməyə çağırır.Bayaq qeyd etdiyim kimi təbii ki, bu çağırış mənim üçün də Milli Məclisə keçiriləcək seçkilərdə iştirak etməyə əsas verir. Mən fəaliyyətim dövründə minlərlə insana hüquqi yardım göstərmişəm və təcrübəmdən irəli gələrək bildirmək istəyirəm ki, öz bilik bacarıqlarımı səmərəli istifadə edərək, qanunlarımızın aliliyini nəzərə alaraq ölkəmizin inkişafı naminə, Azərbaycanımızın haqq səsini beynəlxalq tribubalardan səsləndirilməsi üçün, doğma Sumqayıtımızın yenilənməsi naminə var gücümlə çalışacam.

 

-Seçicilərə sözünüz

Fürsətdən istifadə edərək seçicilərimə səslənirəm mən sizlərdən biriyəm Sizin qayğılarınız mənim qayğılarımla eynidir. Bizim əsas hədəfimiz qayğılarımızı birlikdə həll etməkdir. Mən inanıram ki, seçicilər 9 fevralda seçkiyə gələrək mənə səs verəcəklər. Mən seçicilərimə güvənirəm.



(xalq.az)

OXŞAR XƏBƏRLƏR

Kürəyindən vurulan Milli Qəhrəman - FOTOLAR

 "Qardaşım nizami tabordan daha güclü könüllü taboru yaratmışdı. O, pərakəndə formada yaranmış məhəllə dəstələrini birləşdirə bilmişdi. Ramizə o qədər inan...

QHT-lərin qeydiyyatında problemlər varmı?

  Bu gün "Qonaq otağı"nda Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeynidir - Milli Qeyri-Hökumət Təşkilatları Forumu hansı zərurətdən və...

Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru Ramil İmamov: “Növbələri azaltmaq məqsədilə müştərilərimizə onlayn bank xidmətlərindən istifadəni tövsiyə edirik”

Son aylar ölkə ərazisində xüsusi karantin rejimi ilə bağlı bir sıra xidmət sahələrində növbələr yaranıb. İnsan kütləsinin qapalı məkanlarda toplanmasının qarşıs...

"Azərbaycan günəş enerjisi baxımdan perspektivli ərazidir" - MÜSAHİBƏ

  Rusiyanın "Günəş Enerjisi Müəssisələri Assosiasiyası” İctimai Birliyinin rəhbəri Anton Usaçev "Report"un yerli bürosuna müsahibə verib. O...

Malik Məmmədov: "Yaxınlarım məni buna görə hətta "Nemes" adlandırırlar"

  Bu gün "Qonaq otağı"nda 29 yaşını qeyd edən"168 saat" qəzetinin məsul katibi Malik Məmmədovdur. Müstəqil Azərbaycanın ən qocaman, beş beynəlxalq m...

"Pandemiya dövründə Abşeron dairəvi dəmir yolu xəttində sərnişindaşıma kəskin azalıb" - MÜSAHİBƏ

  Azərbaycanda koronavirus (COVID-19) pandemiyasının qarşısının alınması üçün hərəkət məhdudlaşdırılsa da, xüsusi karantin rejimi dövründə fasiləsiz ...