“Mənim borcumu Manaf niyə ödəməlidir? – “Pişik\" Güneldən açıqlama

“Mənim borcumu Manaf niyə ödəməlidir? – “Pişik\
"Banka olan borcuma görə çoxları "narahatdır”, bunu özlərinə "dərd” ediblər. Sizin başqa dərdiniz, azarınız yoxdur? Bilmədiyiniz mövzunu müzakirə edirsiniz”.

Sfera.az xəbər verir ki, bunu "pişik" Günel ləqəbi ilə tanınan ifaçı Günel Ələkbərova deyib. O, kreditlə aldığı evinin ödənişini edə bilmədiyi üçün bankın mənzilini satışa çıxarması məsələsinə aydınlıq gətirib.

"Çoxları ağızlarına gələni yazırlar. Heçmi vicdanınız yoxdur? Utanmırsınız? Bilmədən nəyisə necə müzakirə edə bilərsiniz? Hazırda banka borcum var, amma bir hissəsini özüm ödəmişəm. Amma rahat olun, mənim əvəzimə heç kim bank borcumu bağlamayıb. Bank borcumu bağlamaq istəyənlər həddindən artıq çoxdur. Sadəcə olaraq mən istəmirəm. Ondansa, şəhid balalarına, qazilərə dəstək olsunlar, xəstə uşaqlara kömək etsinlər. Mənim əlim-ayağım var.

Manaf Ağayevə gəldikdə isə məsələ belə olub. Manaf bəy Tolikə zəng edib ki, Günel pulu götürmür. Sənə verim get banka ödə, çeki ver. Dedim ki, yox, olmaz. Niyə mənim borcumu Manaf Ağayev ödəməlidir?".

Müğənni qeyd edib ki, ona kömək etmək istəyən dostları da kifayət qədərdir: "Qəbul etsəm, elə onlardan edərəm. Mənim ev borcumu bağlayarlar, hətta mənə bir neçə ev də alarlar. Dostlarıma özümə görə yox, ehtiyacı olanlara görə ağız açıram. Bu barədə danışmırdım. Milyonlarla insan banklarla eyni problemi yaşayır. Bir ildir iş yoxdur, amma banklar güzəştə getmir. Günü-gündən faizləri artırır. İnsanlar necə etsinlər?”.

Xatırladaq ki, bir neçə həftə bundan əvvəl müğənni Manaf Ağayevin ifaçı "pişik Günel” ləqəbi ilə tanınan  Günel Ələkbərovanın borcunu ödədiyi bildirilib. Bu  haqda müğənni Afət Fərmanqızı Dalğa TV-də yayımlanan "Günə bir şou” proqramında məlumat verib. O, deyib ki,  pandemiyada qazancı olmadığına görə kreditə aldığı evinin aylıq haqqını ödəyə bilməyən Günelə Manaf Ağayev yardım edib.

Qeyd edək ki, G.Ələkbərovaya evinin satışa çıxarılacağı ilə bağlı bankdan xəbərdarlıq gəlmişdi.
 
Günay
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR