Mənim bir dostum var - Aida Eyvazlı

Mənim bir dostum var - Aida Eyvazlı
 

Mənim bir dostum var. Yollar yolçusudur, dünyanın uzaqlarından  yurdumuza yollar çəkib. Könül yolları, etibar, dostluq yolları.


İlk dəfə onu "168 saat” qəzetinə gələn yolda görmüşəm. O zaman gənc jurnalistlər Varisin başına yığılıb Müstəqilliyimzə çatmağın yollarında keşik çəkirdik. Bizim arzularımızı Tanrı eşitdi. Biz cəmiyyətimizdəki  çirkili, tozlu yollara, bizə yaraşmayan yollara etiraz etdik. O yolları  kəsib atdıq.


Müstəqilliyimizi qazanadan  sonra Vətənimizə gələn və Vətənimizdən xeyrə gedən  yollar çoxaldı. O yollardan bri də Ukraynadan gəlirdi.


Dostlarla eyni ideallar yoluna çıxdığımız Vətənimizdə hərəmiz bir sahədə cəmiyyətə, dövlətə alnıaçıq-üzüağ xidmət etdik. Və günlərin bir günündə , 2002-ci ildə xoş bir xəbər eşitdik. Azərbaycan Dövlət Televiziyasının gənc müxbiri Möhsüm Qədiroğlunu  mərkəzi  Kiyev şəhərində olmaqla Ukrayna və Şərqi Avropa ölkələri üzrə nümayəndəliyin rəhbəri vəzifəsinə təyin ediblər.


2003-cü ildə Ukraynanın  Xarkov şəhərinə qonaq getdim. Möhsüm Qədiroğlu Kiyevdən xəbərimi aldı.  Bir də gördüm ki, qonaq qaldığım evdə qapı döyüldü. Ünvanımı öyrənib, Kiyevdən Xarkova maşın sürmüşüdü.  Bu bir dostun sədaqəti idi. Və axı, qəriblikdə yaşayanlar yaxşı bilirlər, Vətəndən gələn insanlar sanki  özü ilə Vətənin havasını gətirir. Əlbəttə bu hiss vətənsevənlərin könlünə hakim olur. Xarkovda elə mənim iştirakımla Möhsüm Qədiroğlu dövlət orqanları, diaspora nümayəndələri ilə bir günün içərisində bir neçə görüş keçirdi. 33 yaşlı bu oğlan gözlərimdə böyüyüb yaşlı bir siyasətçi və diölomatiyanı bilən bir şəxsiyyətə döndü.


O gün- bu gün hərdən "qardaş”, hərdən də "dədə” dediyim Möhsümün uğurlarını izlədim.


Möhsüm Qədiroğlunun Ukrayna Azərbaycanlıları Konqresinin (UAK),Belarus Respublikasında Belarus Azərbaycan İcmaları Konqresinin , Moldova Respublikasında Moldova Azərbaycanlıları Konqresinin qurulmasında və formalaşmasında yaxından iştirak etdiyini gördüm. Azərbaycan  həqiqətlərinin Ukrayna və Şərqi Avrpa ölkələrinin  ictimaiyyətinə çatdırılması məhz onun fəaliyyətinin uğuru idi. Çünki çalışdığı ölkələrdə  quruca müxbirlik etmədi, özünə həmin ölkələrdəki ən fəal, ədalətli jurnalistlərdən dost qazandı. Bu gün o dostlar Azərbaycanı Möhsümə görə tanıyırlar. Bir ölkəni digəri ilə dost etmək üçün həmin ölkənin qəzet və jurnallarında, televiziyalarında dost qazanmalısan. İndi Möhsüm Qədiroğlunun belə dostları onlarcadır. İnanmırsınızsa, həmin ölkələrə gedəndə Möhsümün adını çəkin. Bax o gördüyünüz reaksiya, bu Vətən oğlunun orada Vətənin bir parçasını yaratmasının misalıdır.


Möhsüm Aslanov  2003 – cü ildən başlayaraq "Xocalıya Ədalət” kompaniyası çərçivəsində Ermənistanın Ukraynadakı səfirliyinin  , BMT-nin  və ATƏT –in Ukraynadakı nümayəndəliklərinin qarşısında etiraz aksiyalarının əsas təşkilatçılarından biri oldu. Böyük ölklərdə səfirliklərimizin bacarmadığı bir işi gördü.


Möhsüm Aslanov xarici ölkələrdə bütöv bir Azərbaycan İnstitutu oldu.  Həmin institutda  onun  ssenarisi əsasında  Ukraynada  və Moldovada   "Heydər Əliyev iki əsrin Fenomeni” filmləri (1-ci 2-ci hissə), Ulu Öndərin xatirəsinə həsr olunmuş "Heydər Əliyev – İnsanlığa bağışlanan ömür”,”Oddan Doğulan Xalq”, ”Azərbaycan – Minilliklərin tarixinə yeddi günlük səyahət” , ”Qarabağ tarixin burulğanında ” və bir sıra sənədli filmləri   qızıl fonda düşdü. Azərbaycan , Ukrayna və Moldovanın  dovlət televiziyalarında efirə getdi. Bu layihələr bu gün də Ukrayna, Moldova  və Azərbaycan arasındakı tarixi -mədəni əlaqələrin inkişaf etdirilməsində müstəsna rol oynamaqdadır.


Özünün tarixi şəxsiyyətlərinə dəyər verən, keçmişini unutmayan insan harada olursa olsun, onun idealları "Öncə Vətən” olmalıdır. Möhsün Qədiroğlu harada oldusa,  "Öncə Vətən”i düşündü.


Və Vətəndən  həmin ölkələrə qonaq gedən dostların da hər birinə qucaq açdı. Ləyaqətini göstərdi. Onun yannda qonaq olan ləyaqətlilər unutmadılar, unutqanlar isə unutdular.


Möhsüm dostluğa dəyər verən bir oğuldur!!!


Möhsüm özündən böyüyə də, rəqibinə də mərdanə münasibət gösətərən bir oğuldur. Onunla eyni dairədən namizədliyini vermiş Hafiz Hacıyevlə birlikdə seçicilərinin görüşünə getməsi də onun müdrikliyinin, uzaqgörənliyinin mərdliyinin ifadəsidir. Həm də özündən böyük həmyerlisinə olan hörmətidir!.


Möhsüm dağlar oğludur! Sinəsində  doğulduğu Göyçə mahalının,  Basarkeçər rayonunun, Nərimanlı kəndinin  dağ boyda həsrətini gəzdirir. O həsrətin içərisində  Çalmalı Dağı,Kehdi -Mehdi dağı ,Daşdı yurdu,  Güney yurdu,Dərə yurd, Nəbi dərəsi, Sarı yer, Qumlu bulaq,Sarı bulaq, Südlü bulaq göyərir.


Ona görə də  indi bir YOL-a çıxıb! Əslində "həsrətə gedən yol” deyərdim o yolun adına. 1988-ci ildən vətənindən, ocağından, yerindən-yurdundan – Göyçədən məcburi didərgin düşənlərin YOL-una gəlib çıxdı ki, o YOLU-u eli-obası, elinin-obasının ağsaqqalları, gəncləri ilə birlikdə açsın. Bu yolların açılmasında Vətənimizə, vətəni sevənlərə, yol axtaranlara, dövlət başçımıza , Ali Baş Komandana dəstək olmaq istəyir. Xalqın , elin-obanın sözünü  Prezidentimiz Ali Baş Komandan İlham Əliyevə  ,Azərbaycan jurnalistikasının sütunlarından biri olan, 70 yaşlı  Qədir Aslanovun oğlu  Möhsüm kimi kim çatdıra bilər?! Möhsümün YOLU  doğru yoç olub. Ancaq ki, onun qyolları hələ tükənməyib. Hələ ömrün 50-ci yolayrıcından ayrılıb, 51-ə qədəm qoyur.


Möhsüm yurdumuzun köhnə kişilərindən qalan toxumdur. Qanı saf, sözü saf, ürəyi safdır.   Möhsüm ömrün yarı yaşında xalqının, elinin, dostlarının məhəbbətini qazanmış bir dağlar oğludur! Hər zaman dağ kimi uca ol, qardaşım və dostum!!!


Sən qardaşlıq, dostluq heykəlisən ürəyimizdə! Mərdlik mübarizlik timsalısan. Olduğun hər yerə şərəf gətirirsən. O adam xoşbaxtdır ki, səninlə dostdur, qardaşdır. De görüm o balaca bədənə bu boyda ürəyi necə yerləşdirmisən?! Tanrı sənə gördüyün bütün gözəl işlərində yardımçı olsun. Zaman hər şeyi yerinə qoyur... Ələnib xəlbirdən keçənlərlə qalmışıq. Ömrün çoxi gedib azı qalıbdır. O qalan illəri də balalrına sərf et, onları sağlam və xoşbəxt böyüt!


Qədim türklər yola çıxan ərənlərə, igidlərə deyərdilər ki, haqqa gedən 9 yolun  AĞ olsun ki, elinə gününə AĞLIQ gətirəsən!!! Möhsüm Qədiroğlu- Çalmalı Dağı,Kehdi -Mehdi dağı Daşdı yurdu,  Güney,Dərə yurdu, Nəbi dərəsi, Sarı yer, Qumlu bulaq,Sarı bulaq, Südlü bulağa gedən yolların açılmasında öndə gedənlərdən olasan!!!


Aida Eyvazlı


OXŞAR XƏBƏRLƏR

Bu xəbər neft və qızılı BAHALAŞDIRDI

ABŞ mediasında İsrailin İrana qarşı hücum təşkil etdiyi barədə xəbərlərin yayılması birjalarda qızıl və neft qiymətlərinə təsir edib.  Sfera.az xatırl...

"Beşiktaş" Qurban Qurbanovla bağlı xəbəri TƏSDİQLƏDİ: "Qəti qərar..."

"Beşiktaş" "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla maraqlandıqlarına dair xəbərlərə münasibət bildirib.   Sfera.az Qol.az-a is...

Sülh yolu ilə yola salınan SÜLHMƏRAMLILAR: Rəsmi Bakının növbəti diplomatik uğuru!

Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması tarixi hadisədir desək, yəqin yanılmarıq. Bu, həm xalqın, həm də ölkə başçısı,...

107 yaşlı kişi uzunömürlülüyün SİRRİNİ AÇIQLADI 

Böyük Britaniyanın 107 yaşlı sakini növbəti ad gününü qeyd edib və uzun ömür sürməyin sadə sirrini açıqlayıb.  Sfera.az xəbər verir ki, bu barədə...

Lalə Azərtaşın verilişi bu tarixdə BAĞLANACAQ

Xəzər Televiziyası may ayından "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq.   Sfera.az bildirir...

Türkiyə XİN İsraillə İrana ÇAĞIRIŞ ETDİ

Türkiyə İsraillə İranı və onların tərəfdarlarını daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırır.   Sfera.az-ın verdiyi xəbərə ...