“Məni zorlamaq istəyirdilər” – Qatil əsgər

“Məni zorlamaq istəyirdilər” – Qatil əsgər

Rusiyanın Çita şəhərində 6 əsgər yoldaşını və iki zabiti gülləyib qətlə yetirən sıravi Ramil Şamsutdinov müstəntiqlərə şok ifadələr verib.

Rusiya KİV-i yazır ki, o zabitlərin onu zorlamaq istədiklərini bildirib.

Şamsutdinov qeyd edib ki, həmin gün zabitlərdən biri ona axşam hazır olmağı tapşırıb: "Mənə dedilər ki, qarovuldan sonra sənin yanına gələcəyik. Bildirdilər ki, heç hara qaça bilməzsən, çünki yeni əsgərlərin əksəriyyəti ilə bu olub, bu gün sənin növbəndir”.

Şamsutdinov onu da bildirib ki, onun başqa əlacı yox imiş: "Yeganə təəssüf etdiyim odur ki, iki əsgər yoldaşım təsadüfi güllənin qurbanı oldu”.

Bu arada o da məlum olub ki, Çeçenistan rəhbəri Ramzan Kadırovun vəkilləri Said-Maqomed Çapanov və Ravil Tuquşev sıravi Şamsutdinovun hüquqlarını müdafiə etmək üçün təcili Çitaya uçublar.

Məlumata görə, Şamsutdinovun hüquqlarının müdafiəsiylə bağlı petisiya yaradılıb və indiyədək ona 15 minədək adam qoşulub./Lent.az


OXŞAR XƏBƏRLƏR

Cavanşir Məmmədov DƏFN OLUNDU -YENİLƏNDİ - 2

Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub.   Sfera.az xəbər verir ki, mərhum sənətçi bu gün “Qurd Qapısı” qəbiristanlığında torpağa ta...

Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədovun son görüntüsü yayılıb.   Sfera.az xəbər verir ki, sənətçi dünən Bakıdakı şadlıq saraylarının bir...

Türkiyə XİN: "Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq sülh sazişinə mühüm töhfədir"

Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında əldə olunan razılıq sülh sazişi üçün mühüm töhfədir.   Sfera.az xəbər verir ki, bu barədə Türk...

""Abrams"lar 500 dollarlıq dronların qarşısında acizdir" - "New York Times”

Pilotsuz uçuş aparatları (dron) müasir müharibənin təbiətində əsaslı dəyişikliyə səbəb olur.  Sfera.az xəbər verir ki, bunu Hudson İnstitutunun hərbi ...

Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı ALQIŞLADI

Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi üzrə sərhədin demarkasiyasına dair razılaşma sülh sazişi ilə bağlı əsas maneəni aradan qaldırı...

Ceyhun Bayramov Seyid Abbas Musəvi ilə GÖRÜŞDÜ

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin baş...