“Məni tənqid edənlər nankor və kor insanlardır” - Elton Məmmədov

“Məni tənqid edənlər nankor və kor insanlardır” - Elton Məmmədov
 

"Prorektor vəzifəsinə təyin olunduğuma görə, məni tənqid edənlər nankor və kor insanlardır”. 

Bu sözləri Unikal.org-a Milli Məclisin sabiq deputatı Elton Məmmədov deyib. 

E.Məmmədov Azərbaycan Texniki Universitetinə prorektor təyin olunmasından sonra sosial şəbəkələrdə və təhsil ekspertlərinin onu tənqid etməsinə belə münasibət sərgiləyib:

"Hazırkı məqsədim xalqın təhsilinə, eliminə və ölkədə gedən bütün təhsil strategiyasına dəstək verməkdir. Zaman göstərəcək ki, bu təhsil ocağına hansı yeniliklər gətirəcəm. Ölkə rəhbərinin təhsil strategiyasına uyğun planlarım var. Hesab edirəm ki, Azərbaycan Texniki Universitetində bu planlarımı gerçəkləşdirəcəm. 
Mənim prorektor təyin olunmağımı tənqid edən təhsil ekspertlərini də tanımıram. Elə insanları da heç vaxt qəbul etmirəm. Tənqidlərinə də mənfi yanaşıram. Onlar hər zaman dövlətçilik təfəkküründən uzaq, cəmiyyəti çaşbaş salan insanlardır. Belə adamlar ümumiyyətlə cəmiyyətdə inkişafı, yaxşılığı görməyən insanlardır. Onlar nankor və kor insanlardır”.


OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...