“Məni ləyaqətsiz şəkildə öldürəcəklər” - “Taliban”ın axtardığı qadın + VİDEO

“Məni ləyaqətsiz şəkildə öldürəcəklər” - “Taliban”ın axtardığı qadın + VİDEO
"Taliban” hərəkatı Əfqanıstanda nəzarəti ələ keçirməzdən əvvəl fəallığı ilə məşhur olan, qadın hüquqları müdafiəsi üzrə fəal Taranom Seyidi gələcəyi ilə bağlı çox narahatdır.

Sfera.az xəbər verir ki, hazırda "Taliban” rejimindən gizlənən Taranom Seyidi "CNN” müxbiri ilə söhbəti zamanı yaşadığı dəhşəti dilə gətirib.

Müxbirin sözlərinə görə, bu qadının yeganə "cinayəti” küçələrdə bərabər hüquqlarını tələb etməkdir. Müxbir bildirir ki, o döyülüb və təzyiqlərə məruz qalıb. Bunun ardınca da "Taliban” qorxusu onu hər yerdə izləyir.

"Onlar bizə hədə-qorxu gəlməyə və gizlincə edam etməyə çalışırlar. Necə ki bunu mənim bir çox qadın dostuma ediblər. Mən ölümdən qorxmuram. Lakin onlar məni tapdıqda arzu edirəm ki, məni tez öldürsünlər. Əgər onlar ilk olaraq mənə işgəncə versələr, sonradan ləyaqətsiz şəkildə öldürəcəklər. Hər kəs şərəfli şəkildə ölməyi arzulayır”, - deyə Seyidi əlavə edib.

T. Seyidi hazırda ailəsinin və zorakılıqdan xilas etdiyi uşaqların qayğısına qaldığı yeganə insan olduğunu deyib. Bununla belə, ölkədə qalmağın onun üçün ölüm riski daşıdığını vurğulayıb.

Seyidi bildirib ki, onun gələcək taleyi kömək üçün müraciət etdiyi ABŞ, Böyük Britaniya, Kanada və digər ölkələrdən asılıdır. O, ölkəni tərk edəcəyi halda da, mübarizəsini davam etdirəcəyini əlavə edib.
 

 

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...