\"Mən heç vaxt özümü 50 manata satmamışam\" - Müğənni ilə prodüser arasında nə baş verir? - FOTO

\

"Mən 5 ildən çoxdur Eltonla işləyirəm. Elton toy sezonu açılandan 3 toyda olub. Şəmkirdə də toyda olub. Mən özüm getməmişəm o toya"

Sfera.az xəbər verir ki, bunu Tarix Əliyev (Tolik) "Hər şey daxil"in efirində açıqlayıb.

Məşhur prodüser canlı yayımda açıqlamaları ilə illərdir birgə çalışdığı Eltonla ayrılıq astanasında olduğu siqnalını verib:

"Mənim bir prinsipiallığım var, mənim bir şəxsiyyətim var. Mən şəxsiyyətimi 600 manata, min manata satmıram. Bəzi nüanslar mənim xoşuma gəlmir, getmirəm. Bu gün Elton mənə zəng vurub desə ki, ayrılaq, deyərəm "Allah sənin canını sağ eləsin. Elə ayrılmış kimi də varıq". Mən heç vaxt müğənni dalınca qaçmamışam. 50 manat dalınca qaç, özünü sat... Mənim qürurum var. Mən oturaram burada pulumu alaram, heç burada olmasam da mən ayda 3 dənə elə toy təşkil edərəm, getdiyim toylardan çox qazanaram. Yəni, mən 17 ildir gündəmdə qalmışamsa, bəzi prodüserlər kimi itməmişəmsə..." (milli.az)


OXŞAR XƏBƏRLƏR