\"Mən də uşaq istəyirəm\" - Hadisə
13:08 / 21.09.2021
821
Türkiyəli müğənni Hadisə sevənlərinə səmimi etiraf edib.
Sfera.az bildirir ki, ifaçı Şimali Kiprdəki konsertində evlilikdən söz açıb. "Rəqqas dostlarımın ikisi ata olub. Mən hələ evlənə bilmədim", - deyə Hadisə bildirib.
O, eyni zamanda uşaq istəyinin olduğunu da diqqətə çatdırıb: "Allah icazə verərsə, mən də bir uşaq istəyərəm".
Xatırladaq ki, Hadisə bir müddətdir iş adamı Mehmet Dinçerlerlə sevgilidir.
Türkan
Sfera.az