Məmurların ölkədən çıxardıqları pulların geri qaytarılmasının hüquqi mexanizmi varmı?

Məmurların ölkədən çıxardıqları pulların geri qaytarılmasının hüquqi mexanizmi varmı?
 Bəzi dövlət qurumları və icra hakimiyyətlərində reallaşan həbslər göstərdi ki, yüksək səlahiyyət verilmiş şəxslər dövlətə qulluq etmək əvəzinə şıdırğı pul yığımı həyata keçiriblər. Həmin prosesdə iştirak edənlərin tərcümeyi-halından məlum olur ki, əksəriyyəti uzun müddətdir vəzifədə işləyənlərdir.

Məntiqlə, bu cür neqativ fəaliyyətlə uzun müddət məşğul olma indiyə qədər çoxlu varidat əldə etmək anlamına gəlir. Hətta indiyə kimi ifşa olunmayan, vəzifədə qalan bəzi məmurlarla da bağlı ortaya jurnalist araşdırmaları qoyulur. Konkret faktlarla göstərilır ki, onlar pulları xaricə çıxarıb, orada özlərinə mülklər, istehsal müəssisələri alıblar. Son vaxtlar sosial şəbəkələrdə keçmiş nazirlər və digər yüksək ranqlı sabiq məmurların xarici ölkələrdə olan mülkləri və digər varidatlarının olması ilə bağlı məlumatlar yayılır. Yayılan məlumatlarda kifayət qədər ciddi dəlil və sənədlərin olması ölkədəki ciddi media quruluşlarının da diqqətindən yayınmır. İndiyə qədər sosial şəbəkələrdə yayılan həmin məlumatlara istinadən aparıcı KİV-də çeşidli materiallar işıq üzü görüb. Ancaq marağımızı cəlb edən bu məsələdə xalqımız və dövlətimiz üçün ümdə olan əsas istiqamət, nədənsə, unudulur. Olduqca ciddi əhəmiyyətə malik olan bu mövzuda biz yalnız hansısa talançıların ifşa edilməsini hədəf kimi seçməməliyik, eyni zamanda, konkret faktlara əsasən oğurlandığı sübuta yetirilən həmin pulların ölkəyə qaytarılması barədə düşünməliyik. Çünki heç bir sabiq məmur dövlətdən aldığı məvaciblə həmin varidata sahib ola bilməz. Belə olan halda, ortaya sual çıxır: sabiq məmurların ölkədən oğurlayaraq çıxardığı milyonları dövlətimizin büdcəsinə hansı hüquqi prosedurları həyata keçirməklə qaytarmaq olar?

Hüquqşunas Samirə Sədiyarlı "Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki,  prinsipcə, həmin pulların ölkəyə qaytarılması mümkündür:"Bunun üçün bir sıra prosedurlara baş vurmaq lazımdır. İlkin olaraq Azərbaycanda həmin faktlarla bağlı cinayət işi açılaraq istintaq başlamalıdır. İstintaq daxilində həmin sabiq məmurlara, onların yaxın ətraflarına suallar yönləndiriləcək. Bu suallar əldə olunan əmlak və onların mənbələri barədə olacaq. Hazırda bizdə bunun edilməsinə müəyyən maneə törədən səbəblər var. Çünki "Korrupsiya ilə mübarizə haqqında” Qanunun 5-ci maddəsi ölkədə tətbiq edilə bilmir. Həmin maddəyə görə, bütün məmurlar öz əmlaklarını rəsmi qaydada bəyan etməlidirlər. Bizdə 2012-ci ildə Prezident fərman verərək Nazirlər Kabinetinə tapşırdı ki, 3 ay ərzində həmin bəyannamə formasını hazırlasınlar. Üstündən 8 il keçməsinə baxmayaraq, hələ də həmin bəyannamə forması hazırlanmayıb. Deyilən istiqamətdə işin aparılmasını çətinləşdirən məhz bu məsələdir. Hesab edirəm, qanunun bu maddəsi olmasa belə, siyasi iradə ortaya qoyulsa, bunu həyata keçirmək mümkün ola bilər. Tədqiqat başlamalı, həmin araşdırma daha sonra əmlakların aşkar olunduğu ölkəyə təqdim edilməlidir. Bilirsiniz ki, ölkələr arasında əməkdaşlıq olur. Əgər həmin ölkə Konvensiya üzvü olmayan ölkədirsə, ikili  görüşmələrlə belə təqdimatı etmək olar. Buna dair diplomatik protokol, memorandumlar imzalana bilər. Qarşılıqlı yardımlaşmanı özündə ehtiva edəcək həmin sənədlə gələcək hərəkətləri etmək olar. Ölkəmizdə bu işi aparan istintaq orqanı müvafiq sənədləri həmin ölkənin əlaqədar qurumlarına təqdim edib, əmlaka və bank hesablarına həbs qoyulmasını tələb etməlidir. Həmin tələb çərçivəsində, eyni zamanda, mənşəyi şübhəli olan əmlakın satılaraq Azərbaycan dövlətinin büdcəsinə köçürülməsi də öz əksini tapmalıdır”.

OXŞAR XƏBƏRLƏR

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.   B...

Xalasının bir sözünə görə evə gəlib anasını ÖLDÜRDÜ: "Qətldən sonra isə..." - DETALLAR

“Bəzən qətillərə səbəb heç də tamah və ya əxlaq problemlərindən qaynaqlanmır”.   Sfera.az bildirir ki, bunu "Təmiz Dünya" Qadı...

"Deyirlər ki, rus hərbçilərini ilk dəfə biz çıxarmışıq. Hara çıxarmısan?" - Millət vəkilindən müxalifətə

“Rusiya sülhməramlılarının dinc formada Azərbaycandan çıxarılması bütövlükdə Cənubi Qafqaz tarixində yeni mərhələ deməkdir”.   Sfera.az x...

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində İŞLƏYİR

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir.   Sfera.az xəbər verir ki, bu barədə Aİ-dən bildirilib.   S...

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirdi - FOTOLAR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən Şamaxı rayonunda İcra Hakimiyyətinin dəstəyi ilə gənclər üçün zərərli vərdişlərin f...

"Bu, onu göstərir ki, ABŞ və Fransa münaqişənin bitməsini istəmir" - Ceyhun Məmmədov

“Artıq Rusiya sülhməramlılarının ölkəmizdən çıxarılması prosesinə başlanılıb. Heç şübhəsiz ki, üçtərəfli sənəddə “müvəqqəti” şərtinin qoyulmas...