Məmmədyarovdan növbəti qələbə: lider oldu

Məmmədyarovdan növbəti qələbə: lider oldu
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Niderlandın Veyk-an-Zeye şəhərində keçirilən "Tata Steel Chess" turnirində ikinci qələbəsi qazanıb.

Sfera.az-ın məlıumatına görə, 37 yaşlı qrossmeyster ustaların mübarizəsində V turda yerli iti zəka sahibi Yorden van Foresti üstələyib. Qara fiqurlarla oynayan Məmmədyarov 44-cü gedişdə rəqibini təslim olmağa məcbur edib.

Hazırda 3,5 xala malik Azərbaycan təmsilçisi hindistanlı Vidit Santoş Qucrati ilə birlikdə hərəyə 3,5 xalla ilk 2 pilləni bölüşür.

OXŞAR XƏBƏRLƏR