Məleykə Əsədova: \"Sevə-sevə ondan ayrıldım və başqasıyla ailə qurdum\" - VİDEO

Məleykə Əsədova: \
Xalq artisti Məleykə Əsədova şəxsi həyatı ilə bağlı etiraflar edib.

Sfera.az xəbər verir ki, "Söz baz" verilişinə qonaq olan ifaçı, gənc yaşlarında ailə qurmaq üçün kifayət qədər şansının olduğunu, lakin sevdiyini sənətinə qurban verdiyini bildirib. O yarım qalan məhəbbətindən də danışıb:

"Qarşımda gözəl şanslar olub. Ailə qura bilərdim. Amma bunun üçün neçə illər səhnədən uzaqlaşmalı idim. Sevdiyim insanı da, səhnəyə qurban verdim. Xanım olacaqdım. Bilsəydim bu şeylər var, səhnəni qoyub gedərdim. Həmin insan istəmirdi bu sənətdə olmağımı. Hətta dedilər "Xalq artisti" adı da aldın. Dedim yox, səhnəsiz susuz balıq olaram. Bu gün qızım üçün tək qadınam. Sevgim illərlə çəkdi. Nə qədər sevdim. Azərbaycanlı idi və imkanlıydı. Başqa ölkədə yaşamalı idim. Sevə-sevə ondan ayrıldım və başqasıyla ailə qurdum. Şükür, Allah mənə Güləri bəxş etdi".
 


OXŞAR XƏBƏRLƏR